Azərbaycanda COVID-19 əleyhinə 376 doza vaksin vurulub

2 Mart 2023 14:11

Xəbər 101 dəfə oxunub

Martın 2-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 376 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 118, ikinci doza vaksinlərin sayı 101, üç və daha çox doza vaksinlərin sayı 134, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 949 min 573, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 366, ikinci mərhələ üzrə 4 milyon 879 min 147, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 407, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 653-dur.

Ümumdünya Səhiyyə Təşkilatı: COVID-19 əleyhinə vaksinlər və buster dozaları səmərəlidir

Yeni araşdırma göstərib ki, COVID-19 əleyhinə vaksinlər və buster dozaları səmərəlidir. BMT-nin saytı xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus bu barədə Cenevrədə çıxış edib. Aparılmış tədqiqatlar təsdiq edib ki, koronavirus əleyhinə peyvəndlər və buster dozaları xəstəliyin ağır keçməsi və ölümlə nəticələnməsi ehtimalını xeyli azaltmaqla bərabər, COVID-19-a yoluxmuş pasiyentlərdə ürək tutması və insult ehtimalını da azaldır. ÜST-nin COVID-19 əleyhinə vaksinlər üzrə Texniki Məsləhət Qrupu mövcud preparatların effektivliyini qiymətləndirmək və lazım gələrsə onları təkmilləşdirmək üçün epidemioloji vəziyyəti daim müşahidə etməyin nəzarətin zəruri olmasını vurğulayıb. Doktor Gebreyesus deyib: “Virusun təkamülü prosesində müvafiq vaksinləri, terapevtik və diaqnostik vasitələri vaxtında yeniləşdirmək üçün hökumətlər epidemioloji müşahidəni dəstəkləməlidirlər”. ÜST-nin rəhbəri vurğulayıb: “Bütövlükdə dünyada vəziyyət üç il əvvəlki ilə müqayisədə yaxşılaşıb. Lakin COVID-19-a ciddi yanaşmamaq olmaz. Ötən həftə cümə günü Münxen Təhlükəsizlik Konfransında demişəm ki, dünya əvvəlki kimi, hələ də yeni pandemiyaya hazır deyil”.

Fevral 23, 2023 15:23