Azərbaycanda COVID-19 əleyhinə 900 doza vaksin vurulub

18 Sentyabr 2022 10:32

Xəbər 30 dəfə oxunub

Sentyabrın 18-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 900 doza vaksin vurulub.Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 173, ikinci doza vaksinlərin sayı 152, üç və daha çox doza vaksinlərin sayı 498, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 77-dir.Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 881 min 406, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 379 min 391, ikinci mərhələ üzrə 4 milyon 866 min 32, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 374 min 921, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 62-dir.xeber100.com