Azərbaycanda COVID-19 infeksiyasına 13 yoluxma faktı qeydə alınıb

4 İyun 2022 19:55

Xəbər 31 dəfə oxunub

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 804 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 40 nəfər müalicə olunaraq sağalıb, 9 min 713 nəfər vəfat edib. Aktiv xəstə sayı 51 nəfərdir.Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 302, bu günə qədər isə ümumilikdə 6 milyon 905 min 419 test icra olunub.xeber100.com