Azərbaycanda COVID-19 infeksiyasına 19 yoluxma faktı qeydə alınıb

14 İyun 2022 15:33

Xəbər 24 dəfə oxunub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 19 yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 792 min 903 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 min 103 nəfər müalicə olunaraq sağalıb, 9 min 715 nəfər vəfat edib. Aktiv xəstə sayı 85 nəfərdir.Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 217, bu günə qədər isə ümumilikdə 6 milyon 926 min 715 test icra olunub.xeber100.com