Azərbaycanda COVID-19 infeksiyasına 413 yoluxma faktı qeydə alınıb

4 Yanvar 2022 14:03

Xəbər 65 dəfə oxunub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 413 yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.İndiyədək ölkədə ümumilikdə 618 min 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 602 min 319 nəfər müalicə olunaraq sağalıb, 8 min 398 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 648 nəfərdir.Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 555, bu günə qədər isə ümumilikdə 5 milyon 889 min 656 test icra olunub.xeber100.com

COVID-19-a qarşı 11 milyon 17 min 859 doza peyvənd vurulub

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vurulan peyvənd dozalarının sayı 11 milyonu ötüb.2021-ci il yanvarın 18-dən etibarən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkədə peyvəndləmə prosesinə başlanılıb. Koronavirus əleyhinə fərqli platformalarda hazırlanan 4 növ peyvənddən istifadə edilir. Həmin peyvəndlər “CoronoVac”, “AstraZeneca”, “Pfizer” və “Sputnik V” peyvəndləridir.“COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə vaksinasiya prosesi iki mərhələdən ibarətdir. Vaksinasiyanın birinci mərhələsi ilə ikinci mərhələsi arasında minimum 28, maksimum 56 gün vaxt olmalıdır. Həmçinin Səhiyyə Nazirliyi hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşlara, xroniki xəstəliyi olanlara, bütün tibb işçiləri və yaşı 50-dən yuxarı olan əhaliyə “buster” doza ilə peyvəndlənməyi tövsiyə edir. Vaksinasiyanın ikinci mərhələsindən 6 ay sonra vətəndaşlar, ehtiyac yarandıqda revaksinasiya oluna bilərlər.Xatırladaq ki, ölkədə COVID-19 əleyhinə vurulan peyvənd dozalarının sayı oktyabrın 12-də 9 milyonu, noyabrın 12-də isə 10 milyonu ötüb.Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 17 min 859, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 134 min 947, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 634 min 404 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 248 min 508 nəfər təşkil edir.xeber100.com

Dekabr 17, 2021 20:30

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edir

Koronavirusdan sağalan insanlar “omikron” ştamı ilə qarşılaşdıqda asanlıqla təkrar yoluxa bilirlər. Azərtac xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilir.Koronavirusun “omikron” ştamı tamamilə yenidir, lakin ÜST virusun bu variantının "yüksək ötürülmə qabiliyyətinə" malik olduğu barədə xəbərdarlıq edir. Tədqiqatçılar, həmçinin “omikron”un nə qədər virulent olduğunu, yəni onun gedişinin nə qədər ağır və ya öldürücü ola biləcəyini öyrənməlidirlər. Alimlər yeni ştamın "delta" variantından daha yumşaq ola biləcəyini istisna etmirlər.Bundan başqa, mövcud peyvəndlərin “omikron” ştamından qoruya bilib-bilmədiyini öyrənmək üçün də müəyyən vaxt lazım olacaq.“Omikron” ştamının virusun digər variantları, o cümlədən “delta” ilə yoluxmalarla müqayisədə daha ağır xəstəliyə səbəb olub-olmadığı hələ aydın deyil. İlkin məlumatlar Cənubi Afrikada xəstəxanalara yerləşdirmə hallarının artdığını göstərir, lakin bu, “omikron” variantı ilə yoluxma ilə deyil, yoluxmuş insanların ümumi sayının artması ilə əlaqədar ola bilər", - deyə, ÜST-nin məlumatında bildirilir.Təşkilat qeyd edir ki, hazırda “omikron” infeksiyasının simptomlarının digər ştamların simptomlarından fərqləndiyini ehtimal etməyə imkan verən heç bir məlumat yoxdur.Tədqiqatçılar koronavirusun yeddi əsas əlaməti - asqırma, baş ağrısı, zökəm, iybilmə hissinin itirilməsi, boğaz ağrısı, öskürək, titrətmə-qızdırmaya diqqət yetirirlər.xeber100.com

Noyabr 29, 2021 11:24