Azərbaycanda koronavirusa qarşı 62 min 296 doza vaksin vurulub

28 May 2021 23:09

Xəbər 41 dəfə oxunub

Mayın 28-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 62 min 296 doza vaksin vurulub.Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azərtac-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 53155, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 9141 nəfər olub.Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 169 min 185-ə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 279 min 356, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 889 min 829 nəfərdir.xeber100.com