“Azərbaycanfilm” kinostudiyasının məlumatına görə…

30 May 2019 14:05

Xəbər 73 dəfə oxunub

“Azərbaycanfilm” kinostudiyası tərəfindən “Dan yeli” qısametrajlı bədii film çəkilib.Kinostudiyadan Azərtac-a bildirilib ki, Ekran əsəri cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanların dramından bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı Qaqaşdır. Onun ən maraqlı məşğuliyyəti və sevgisi futboldur. O, digər uşaqlardan balaca olduğu üçün futbolu elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahimsə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Problemin qoyuluşundan sonra filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir və gözlənilməz finalla yekunlaşır.xeber100.com

Dövlət Turizm Agentliyinin məlumatına görə…

Sentyabrın 9-da Azərbaycan Turizm Bürosu Hindistanın böyük şəhərlərində keçirəcəyi silsilə tədbirlərə Yeni Dehli şəhəri ilə start verib.Dövlət Turizm Agentliyindən Azərtac-a bildirilib ki, tədbirdə Yeni Dehli şəhərində fəaliyyət göstərən 150-dən çox turoperator və turagentlik, o cümlədən digər turizm təşkilatları iştirak ediblər.Turizmin müxtəlif istiqamətləri üzrə ixtisaslaşmış Hindistandan olan təşkilatlar Azərbaycanı təmsil edən 15 turizm şirkəti ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriblər və mümkün əməkdaşlıq üçün ikitərəfli müzakirələr aparıblar.Tədbir çərçivəsində Yeni Dehli şəhərinin 30-dan çox aparıcı kütləvi informasiya vasitəsinin iştirakı ilə mətbuat konfransı keçirilib.Mətbuat konfransında Azərbaycanın Hindistandakı səfiri Əşrəf Şıxəliyev, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, AZAL-ın icraçı direktorunun müavini, eyni zamanda “Buta Airways”in direktoru Nazim Səmədov iştirak ediblər.Onlar maraq doğuran sualları cavablandırıblar və jurnalistlərə Azərbaycanın turizm potensialı barədə ətraflı məlumat veriblər.Azərbaycan və Hindistan arasında tarixi əlaqələrdən danışan Florian Zenqstşmid bu ilin sonunadək Azərbaycana səfər edən hindistanlı turistlərin sayının 65 minə çatacağının gözlənildiyini açıqlayıb.Qeyd edək ki, Azərbaycan Turizm Bürosu Yeni Dehli şəhərindən sonra Hindistanın Benqaluru və Mumbay şəhərlərində də silsilə təqdimatlar təşkil edəcək.xeber100.com  

Sentyabr 10, 2019 11:51

Teatrlar sentyabr ayının afişasını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı bu ay maraqlı tamaşalarla çıxış edəcək.Azərtac xəbər verir ki, sənət ocağı sentyabrın 21-də yeni mövsümü “Qarabağnamə” ilə açdıqdan sona repertuarda xüsusi yer tutan tamaşaları teatrsevərlərin ixtiyarına verəcək.Belə ki, sentyabrın 22-də “Cəhənnəm sakinləri”, 26-da “12-ci gecə və ya hər nə istəsəniz”, 27-də isə “Bir iki, bizimki” tamaşaları nümayiş olunacaq. Bundan başqa, sentyabrın 28-də “Manqurt”, 29-da isə “Şah Qacar” tamaşaları təqdim olunacaq.Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da digər sənət ocaqları kimi bu ay maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.Sənət ocağı sentyabrın 20-də “O olmasın bu olsun”la mövsümü açacaq. Sentyabrın 21-də “Ər və arvad”, 22-də “Arşın mal alan”, 27-də isə “Silva” (rus dilində) tamaşaları təqdim ediləcək. Bundan başqa, tamaşaçılar sentyabrın 28-də “Qodonun intizarında”, 29-da isə “999-cu gecə”ni izləyə biləcəklər.Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı sentyabrda maraqlı səhnə əsərləri ilə çıxış edəcək.Teatr mövsümü sentyabrın 19-da “Koroğlu” operası ilə açıq elan edəcək. Bundan başqa, teatrda sentyabrın 21-də “Bohema”, 22-də “Nəsimi”, 25-də isə “O olmasın bu olsun” (Gəncə) nümayiş olunacaq. Həmçinin sentyabrın 28-də “Jizel”, 29-da “Leyli və Məcnun” teatrsevərlərin ixtiyarına veriləcək.Azərbaycan Dövlət Pantomima Teatrı bu dəfə mövsümü sentyabrın 14-də “Kişilər və qadınlar”la açacaq.Bundan başqa, sənət ocağı sentyabrın 15-də “Ağ bığlılar”, 21-də “Underground”, 22-də “Kişilər və qadınlar” 28-də “İt gəzdirən xanım”, 29-da isə “Dejavü” tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.xeber100.com

Sentyabr 3, 2019 14:33