“Azərkosmos” ASC tərəfindən 30,9 milyon ABŞ dolları dəyərində xidmət

3 Noyabr 2020 14:35

Xəbər 40 dəfə oxunub

Cari ilin yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən 30 ölkəyə 30,9 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artım deməkdir.Azərtac İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayına istinadla xəbər verir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib.Sentyabrda ASC 11 ölkəyə 522 min dollar dəyərində xidmət ixrac edib. “Azərkosmos”un cari ilin yanvar-sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.xeber100.com

“OPEC+” Nazirlərinin növbəti iclası dekabrın 17-də keçiriləcək

OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) Müştərək Texniki Komissiyasının (JTC) və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclaslarının vaxtı açıqlanıb.Azərtac xəbər verir ki, bu barədə qərar JMMC-nin noyabrın 17-də keçirilən 24-cü iclasında qəbul edilib. Belə ki, JTC-nin növbəti iclası dekabrın 16-da, JMMC-nin toplantısı isə gələn ayın 17-də keçiriləcək.Qeyd edək ki, Müştərək Texniki Komissiya JMMC-yə neft bazarındakı inkişaflarla bağlı tövsiyələr verir.Xatırladaq ki, Azərbaycan oktyabrda “OPEC+” üzrə öhdəliyini yerinə yetirib. Oktyabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 675,2 min barrel olub. Bunun 587 min barrelini xam neft, 88,2 min barrelini isə kondensat təşkil edib.“Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barrel azaltmaqla 587 min barrel həcmində saxlamalıdır. Bununla da Azərbaycan oktyabr ayında “OPEC+” üzrə xam neft hasilatını orta günlük 587 min barrel həcmində icra etməklə, “OPEC+” üzrə öhdəliyini 100 faiz yerinə yetirib.12 aprel tarixli “OPEC+” razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 milyon barrel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.xeber100.com

Noyabr 18, 2020 14:58

Şuşada “Azercell”in ilk 4G şəbəkəsi fəaliyyət göstərir

Respublika Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazmağı bacardı, əzəli və əbədi Azərbaycan torpağı olan Qarabağımız bizə geri qayıtdı. Artıq Şuşada “Azercell”in ilk 4G şəbəkəsi fəaliyyət göstərir. İndi Azərbaycanın döyünən ürəyi sayılan Şuşadan 28 illik həsrətdən sonra vətəndaşlarımız, hazırda orada olan əsgərlərimiz yaxınları ilə əlaqə saxlaya, həmçinin ən sürətli mobil internet və qabaqcıl kommunikasiya xidmətlərindən istifadə edə bilirlər.Xatırladaq ki, hərbi əməliyyatların başladığı gündən etibarən işğaldan azad edilən bölgələrimizdə ilk olaraq “Azercell”in mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb. “Azercell”in bu doğma ərazilərdə quraşdırdığı radio baza stansiyaları simsiz rabitə (LTE) texnologiyasına aiddir.Şirkət işğaldan azad edilmiş bütün tarixi ərazilərimizi sürətli şəkildə müasir mobil şəbəkə ilə əhatə etməyi, eləcə də tezliklə öz evlərinə qayıdacaq həmvətənlərimizi fasiləsiz rabitə və innovativ xidmətlərlə təmin etməyi qarşısına məqsəd qoyub. “Azercell”in Qarabağ və ətraf bölgələrdə qurmağa başladığı texniki infrastruktur və LTE şəbəkəsi bu ərazilərin sürətli inkişafına təkan verəcək.xeber100.com    

Noyabr 12, 2020 14:58

“Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu” mövzusunda beynəlxalq forum keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü, Türkiyənin Müdafiə, Aviasiya və Kosmik Sənaye Birliyinin (SAHA İstanbul) və Müdafiə və Aviasiya Sənayesi İstehsalçıları Təşkilatının (“SaSaD”) dəstəyi ilə noyabrın 10-da “Müdafiə sənayesinin inkişafında özəl sektorun rolu” mövzusunda beynəlxalq onlayn forum keçiriləcək.KOBİA-dan Azərtac-a bildirilib ki, tədbirin təşkilində məqsəd Azərbaycan və Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, bu sektora investisiyaların cəlb olunmasının və qabaqcıl texnologiyaların tətbiqi ilə yeni məhsulların yaradılmasının təşviqi, müdafiə sənayesinin modernləşdirilməsi üçün innovativ həllər, KOB klasterlərin yaradılması, müvafiq istiqamətlərdə Türkiyə təcrübəsinin öyrənilməsi və tətbiqi imkanlarının müzakirə olunmasıdır.Tədbir çərçivəsində Azərbaycan və Türkiyə tərəfindən müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin və təşkilatların təqdimatları nəzərdə tutulur.Qeyd edək ki, SAHA İstanbul Türkiyənin birinci, Avropanın isə ikinci ən böyük sənaye birliyidir və sıralarında müvafiq sahədə fəaliyyət göstərən 600-ə yaxın üzvü birləşdirir. 1990-cı ildə yaradılmış “SaSaD”ın isə müdafiə sənayesi sahəsində fəaliyyət göstərən 200-dək üzvü var.xeber100.com

Noyabr 6, 2020 12:44

Beynəlxalq Valyuta Fondu neftə dair proqnozunu açıqlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) cari ildə neft qiymətlərinin 41,7 dollar/barrel, 2021-ci ildə isə 46,7 dollar/barrel olacağını proqnozlaşdırır.Azərtac IMF-yə istinadla xəbər verir ki, fond neftin qiymətinin aprel ayındakı “böyük karantin” dövründə müşahidə olunan ucuzlaşmadan sonra qlobal iqtisadi fəaliyyətlərin yenidən bərpası ilə bahalaşdığı bildirib.Yeni növ koronavirus epidemiyasının hələ də nəzarətdə saxlanılmaması səbəbindən neft bazarında qeyri-müəyyənlik hökm sürür. Neft qiymətlərindəki yuxarı və aşağı istiqamətli dəyişiklikləri dəstəkləyən bəzi risklər var. Orta Şərqdə artan geosiyası gərginlik və epidemiyanın davamlı yayılması ilə azalan neft və təbii qaz bazarı üzrə investisiyalar yuxarı istiqamətli risklər sırasındadır. Qlobal iqtisadi fəaliyyətdəki yavaşlama, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrdəki tədarük bolluğu, Liviyada neft istehsalının gözləniləndən daha sürətlə əvvəlki səviyyəyə qayıtması, OPEC və qeyri-OPEC ölkələr tərəfindən istehsalın azaldılmasını nəzərdə tutan saziş üzrə öhdəliklərin pozulması isə aşağı istiqamətli risklərdir.COVID-19 epidemiyası qlobal neft tələbatında azalmaya və anbar tutumu ilə bağlı narahatlıqlara səbəb olduğu üçün fevral-aprel aylarında neft qiymətləri 60 faiz ucuzlaşıb. Qiymətlər cari ildə keçən ilə nisbətən 32 faiz azalacaq və 41,7 dollar/barrel olacaq. 2021-ci ildə “qara qızıl”ın bir barrelinin orta qiyməti 46,7 dollar təşkil edəcək.xeber100.com

Oktyabr 14, 2020 13:37