“Azeri Light” markalı neftin qiyməti azalıb

1 Oktyabr 2019 10:59

Xəbər 35 dəfə oxunub

Azərbaycan neftinin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,97 dollar geriləyərək 63,36 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb

Cari ilin 9 ayı ərzində Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb. Bunlardan 490-ı təbii qaz, 49-u isə elektrik enerjisi ilə bağlı olub.Nazirlikdən Azərtac-a bildirilib ki, təbii qazla bağlı 125 iş üzrə təqdim olunmuş materiallar düzgün tərtib edilmədiyindən aidiyyəti üzrə geri göndərilib.Energetika Nazirliyi tərəfindən Ağsu, Lənkəran, Beyləqan, Quba, Kürdəmir, Gədəbəy, Salyan, Neftçala, Qobustan, Şamaxı, Balakən, Zaqatala, Şəmkir və digər rayonlarda aparılmış yoxlamalar nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 140 iş üzrə, təbii qazdan istifadə qaydalarının pozulmasına görə 34 iş üzrə, qazın istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə isə 2 iş üzrə inzibati tənbeh vermə haqqında qərar verilib. 189 iş üzrə isə inzibati icraata xitam verilməsi haqqında qərar qəbul edilib.Doqquz ayda Bakı, Sumqayıt, Ağcabədi, Qobustan, Şəki, Cəlilabad, Şamaxı, Qəbələ, Mingəçevir, Şabran, Lənkəran, Ağdaş və digər bölgələrdə aparılmış yoxlamalara əsasən, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə elektrik enerjisinin talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə 17 iş üzrə, elektrik enerjisindən istifadə qaydalarının pozulmasına görə 24 iş üzrə, elektrik enerjisinin istehsalı, nəqli və istehlakı haqqında uçot və hesabatın təhrif olunmasına və ya vaxtında təqdim olunmamasına görə 2 iş üzrə, elektrik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik enerjisinin verilməsinin dayandırılmasına görə isə 6 iş üzrə inzibati tənbeh vermə haqqında qərar qəbul edilib.Hesabat dövründə bütün qərarların nazirlik tərəfindən “ASAN Ödəniş” sistemində yerləşdirilməsi təmin olunub.xeber100.com

Oktyabr 16, 2019 14:06

Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi planlaşdırılır

Qarşıdakı aylarda Azərbaycan-Əfqanıstan investisiya forumunun keçirilməsi nəzərdə tutulur.Azərtac xəbər verir ki, bu barədə oktyabrın 11-də Bakıda keçirilən Əfqanıstan məhsulları sərgisi çərçivəsində jurnalistlərə müsahibəsində Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhməd deyib.O qeyd edib ki, bu sərgi Əfqanıstan-Azərbaycan əlaqələrinin inkişafına təkan verəcək: “Azərbaycan tərəfinə sərginin yüksək səviyyədə təşkilinə görə minnətdarlığımızı bildiririk. Biz artıq təkcə ticarət sahəsində deyil, nəqliyyat-tranzit sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Azərbaycan artıq nəqliyyat-tranzit mərkəzə çevrilib, biz bundan istifadə etmək istəyirik. Bu gün investisiya imkanları ilə bağlı növbəti aylarda forumun keçirilməsi ilə bağlı müzakirələr apardıq. Gördüyünüz kimi, burada Əfqanıstan iqtisadiyyatının müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatı məhsulları, dağ-mədən sənayesi, təbii ehtiyatlar, səhiyyə və digər sahələri təmsil edən 50-dək iş adamından ibarət nümayəndə heyəti var. Azərbaycan və Əfqanıstan arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə inkişaf edib. Ölkələrimiz güclü tarixi və siyasi mədəni köklərlə bir-birinə bağlıdır. Qarşıdakı aylarda keçiriləcək tədbirlərin bu sahədəki əməkdaşlığımızı daha da möhkəmləndirəcəyinə inanırıq”.xeber100.com

Oktyabr 11, 2019 13:49

ICAO-nun aviasiya təhlükəsizliyi üzrə seminarı işə başlayıb

Oktyabrın 2-də Bakıda Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika regionu üzrə bürosunun təşkilatçılığı ilə ICAO-nun Şərq, Orta Asiya, Avropanın Balkan və Baltikyanı ərazilərinin dövlətləri üçün VII Aviasiya Təhlükəsizliyi (AVSEC) və Formallıqların sadələşdirilməsi (FAL) üzrə regional seminarı keçirilir.Azərtac xəbər verir ki, seminarda dövlət idarələrindən aviasiya təhlükəsizliyi və formallıqların sadələşdirilməsini təmin edən, fəaliyyətləri ICAO-nun 17-ci Əlavəsinin reallaşdırılması və 9 nömrəli Əlavənin müddəaları ilə əlaqəli olan mütəxəssislər iştirak edir. İştirakçılar aviasiya təhlükəsizliyi üzrə qlobal planın və regional yol xəritəsinin tətbiqi, həmçinin sözügedən amillərin iştirakçı dövlətlərə təsiri kimi vacib məsələlər ətrafında müzakirələr aparacaqlar.Seminar zamanı 17-ci Əlavənin potensialının artırılması üçün koordinasiyanın yaxşılaşdırılması və düzgün icrasının təmin edilməsi məqsədilə alt qrupların müəyyənləşdirilməsi planlaşdırılır. Həmçinin iştirakçılar təhlükəsizlik mədəniyyətinin daha da inkişaf etdirilməsi məsələlərinə baxacaq, ICAO-nun vasitələrinin cəmini və aviasiya təhlükəsizliyinin idarə edilməsi sistemini (SeMS) müzakirə edəcəklər.Bundan əlavə, seminarda sərnişin məlumatlarının (API) və sərnişin qeydiyyatı sənədlərinin (PNR) əvvəlcədən təqdim edilməsi məsələlərinə dair müzakirələr aparılacaq. Bununla əlaqədar, BMT Təhlükəsizlik Şurasının 2178 (2014) və 2396 (2017) saylı qətnamələrinin tələbləri, habelə ICAO-nun 9-cu Əlavəsi yenidən nəzərdən keçiriləcək.Qeyd edək ki, ICAO BMT-nin 1944-cü ildə yaradılan və beynəlxalq aviasiya standartlarını təyin edən ixtisaslaşmış qurumu olub, təhlükəsizlik və səmərəliliyin artırılması məqsədilə beynəlxalq aviasiyanın inkişafını koordinasiya edir. Azərbaycan 1992-ci ildən ICAO-nun üzvüdür.xeber100.com

Oktyabr 2, 2019 11:14