“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

13 İyul 2019 14:30

Xəbər 86 dəfə oxunub

Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,13 dollar ucuzlaşaraq 68,70 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7,5 kilometrliyindən başlayaraq Xırdalan dairəsi və əks istiqamətdə yenidənqurma işləri davam etdirilir.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azərtac–a verilən məlumata görə, qurum tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yol 2 hərəkət zolağı enində genişləndirilir. Bunun üçün əraziyə kifayət qədər texnika cəlb olunub. İşlər magistral yolda intensivlik nəzərə alınaraq ümumi hərəkətə maneə yaradılmadan aparılır.Hazırda layihə boyu hər iki istiqamət üzrə yol kənarında tökmə torpaq hissələrin qazılıb çıxarılması işləri gedir. Sözügedən işlər mövcud körpülərin alt hissəsində də aparılır. Tökmə torpağın çıxarıldığı hissələr kipləşdirilir, kənarlarında istinad divarı inşa edilir.Analoji genişləndirmə işlərinin Xırdalan dairəsinin altından keçən avtomobil tunelində də aparılır. Əlavə olaraq tunel hər bir istiqamət üzrə 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndiriləcək. Bundan başqa, daha 2 hərəkət zolağı dairəyə qalxan və düşən hissələrdə də yaradılır.Genişləndirmə işləri zamanı qeyri-yaşayış sahələrinin qanunvericiliyə əsasən kompensasiya ödənilməklə sökülməsi, həmçinin kommunikasiya xətlərinin və yaşıllıqların köçürülməsi işləri aparılır.Bundan başqa magistral yolda hər bir istiqamət üzrə 2 hərəkət zolağının xüsusi dəmir-beton maneələrlə digər zolaqlardan ayrılması nəzərdə tutulur. Həmin zolaqlara daxil olan avtonəqliyyat vasitələri heç bir maneə olmadan Masazır, Ceyranbatan və bu istiqamətdə olan digər qəsəbələrə, həmçinin Sumqayıt şəhəri və ölkənin şimal istiqamətində hərəkət edə biləcəklər. Digər zolaqlarla hərəkət edən avtonəqliyyat vasitələrinin isə Biləcəri, Binəqədi və bu istiqamətdə olan qəsəbələrə, həmçinin Xırdalan şəhəri və ölkənin şimal-qərb istiqamətində maneəsiz hərəkəti təmin olunacaq.xeber100.com

Yanvar 28, 2020 15:03

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Keçən ilin 11 ayında idxal və ixrac edilən məhsulların həcmi açıqlanıb.Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 9,9 faiz, şəkər 49,4 faiz, tütün 1,6 dəfə, meyvə və tərəvəz şirələri 31,1 faiz, çay 6,5 faiz, meyvə və tərəvəz konservləri 5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 26,9 faiz, pambıq lifi 1,6 dəfə, emal olunmamış alüminium 31,5 faiz, polietilen 10,9 faiz, pambıq ipliyi 34,8 faiz, bentonit gili 16 faiz artıb. Hesabat dövründə təzə tərəvəz ixracı isə 7 faiz, kartof 7,2 faiz, bitki yağları 23,3 faiz, təbii üzüm şərabları və üzüm suslosu 20,4 faiz, qara metallardan yarımfabrikatlar 29,4 faiz, qara metallardan borular 81,9 faiz azalıb.On bir ayda buğda idxalı 49,9 faiz, xam şəkər və şəkər 46,2 faiz, təzə meyvə 1,1 faiz, bitki yağları 14,5 faiz, kərə yağı, digər süd yağları və pastaları 16,7 faiz, çay 7,5 faiz, kartof 31,2 faiz, quş əti və onun əlavə məhsulları 7,8 faiz, mal əti 6,5 faiz, təzə tərəvəz 25,7 faiz, minik avtomobilləri 1,8 dəfə, polad prokatı 26,8 faiz, mineral gübrələr 20,2 faiz, hesablama maşınları, blok və qurğuları 43,3 faiz, rezin şinlər 15,9 faiz, avtobuslar 2,1 dəfə, mebellər 4,5 faiz, yük avtomobilləri 1,7 dəfə, polietilen 19,2 faiz, məişət kondisionerləri 54 faiz, paltaryuyan maşınlar 7,2 faiz, qara metallardan künclüklər 11,5 faiz artıb. Siqaret idxalı isə 57,6 faiz, qara metallardan borular 13,3 faiz, qara metallardan çubuqlar 18 faiz, sement və sement klinkerləri 16,4 faiz, məişət soyuducuları 12,9 faiz geriləyib.xeber100.com

Yanvar 19, 2020 21:45