Bədii gimnastika üzrə 37-ci dünya çempionatına start veriləcək

10 Sentyabr 2019 11:35

Xəbər 100 dəfə oxunub

Bakı daha bir irimiqyaslı beynəlxalq yarışa ev sahibliyi edəcək. Belə ki, gimnastların doğma məkanı Milli Gimnastika Arenasında 6 gün sonra möhtəşəm açılış mərasimi ilə ilin ən gözlənilən yarışlarından birinə – bədii gimnastika üzrə 37-ci dünya çempionatına start veriləcək.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 62 ölkədən 300-dən çox gimnastı və minlərcə azarkeşi bir araya toplayacaq dünya birinciliyinə az vaxt qaldıqca bilet satışı daha da yüksəlməyə başlayıb. Bu günədək statistikaya əsasən 8 min 500-dən çox bilet satılıb. Satışın 45 faizini onlayn sistemlə xarici azarkeşlər həyata keçirib.Milli Gimnastika Arenası çempionat günlərində Rusiya, Türkiyə, Ukrayna, İsrail və Yaponiyadan olan fanatlarla yanaşı, Fransa, Almaniya, Bolqarıstan, İspaniya, İtaliya, Finlandiya, Xorvatiya, Niderland, Qazaxıstan, Malayziya, Meksika, Peru və Paraqvaydan olan azarkeşləri də qonaq edəcək.Sentyabrın 16-22-də keçiriləcək çempionat təkcə bütün dünyadan olan bədii gimnastların birincilik uğrunda mübarizəsi ilə deyil, eyni zamanda, 2020-ci ildə Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə də əlamətdar olacaq.xeber100.com

Romada güləş üzrə Avropa çempionatı davam edir

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, fevralın 14-də sərbəst güləşçilərin mübarizəsinə start veriləcək. Fevralın 13-də bütün çəkilər üzrə püşkatma mərasimi keçirilib və yığmamızın üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əfqan Xaşalov (57 kq) fransız Valentin Damur, İntiqam Vəzirzadə (61 kq) Türkiyə idmançısı Hamza Alaca, Əli Rəhimzadə (65 kq) gürcüstanlı Vladimir Xinceqaşvili, Ağahüseyn Mustafayev Ermənistan güləşçisi Gevorq Mxeyan, Hacımurad Hacıyev (74 kq) Polşa idmançısı Patrik Kriştof Olenjin, Cəbrayıl Həsənov (79 kq) Gürcüstan pəhləvanı Nika Kentçadze, Abubakr Abakarov (86 kq) latviyalı İvars Samusonoks, Aslanbek Alborov (92 kq) macarıstanlı Bendequz Tot, Nurməhəmməd Hacıyev (97 kq) Macarıstan təmsilçisi Pavel Oleynik, Camaləddin Məhəmmədov (125 kq) isə Bosniya və Herseqovina güləşçisi Elhad Hukiç ilə qarşılaşacaqlar.Qeyd edək ki, qitə birinciliyində çıxış edən yunan-Roma güləşi üzrə millimiz tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Belə ki, Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Fevral 14, 2020 10:47

Futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib

Fevralın 13-də futbol üzrə İtaliya kubokunun ikinci yarımfinal oyunu keçirilib.Azərtac xəbər verir ki, “San Siro” stadionunda keçirilən matçda əzəli rəqiblər – “Milan” və “Yuventus” klubları üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.Oyunda hesab ikinci hissədə açılıb. Matçın 61-ci dəqiqəsində Ante Rebiç Kastilyexonun ötürməsini dəqiq zərbə ilə tamamlayıb. Oyunun 71-ci dəqiqəsində “Milan”ın müdafiəçisi Teo Hernandes iknci sarı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın 90-cı dəqiqəsində “Yuventus” klubu hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11-metrlik cərimə zərbəsini Kriştiano Ronaldo dəqiq yerinə yetirib.Xatırladaq ki, mərhələnin birinci oyununda “İnter” klubu “Cüzeppe Meatsa” stadionunda “Napoli” komandasına minimal hesabla məğlub olub – 0:1.“İnter” dörddədir final mərhələsində “Fiorentina”nı (2:1), “Napoli” isə “Latsio”nu (1:0) məğlub edib. “Yuventus” komandası “Roma”nı 3:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıb. “Milan” isə “Torino”dan üstün olub - 4:2.Bu komandalar arasında cavab qarşılaşmaları martın 4-də və 5-də keçiriləcək.İtaliya kuboku uğrunda turnirin reqlamentinə əsasən, yarımfinal mərhələsinə qədər qaliblər bir oyunun nəticəsinə əsasən müəyyən edilir.xeber100.com

Fevral 14, 2020 10:44