Baki Dövlət Universitetinin 100 illik yubileyi qeyd ediləcək

7 İyun 2019 21:14

Xəbər 122 dəfə oxunub

Prezident İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında 2019-cu ildə Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi geniş miqyasda qeyd olunmaqdadır.Universitetdən Trend-ə verilən məlumata görə, ölkədə və xaricdə keçirilən çoxsaylı elmi, mədəni və kütləvi tədbirlərlə yanaşı, Bakı Dövlət Universitetinin 100 illik yubileyi 2019-cu il 12 iyun tarixində UNESCO-nun Parisdəki Baş qərargahında da beynəlxalq səviyyədə qeyd olunacaq.Tədbirin rəsmi hissəsində BDU-nun 100 illik tarixini özündə dolğun şəkildə əks etdirəcək video-çarx göstəriləcək, tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş etdiriləcək.Qeyd edək ki, UNESCO-nun İcra Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və 2019-cu ildə yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.xeber100.com

Təhsil Nazirliyinin məlumatı əsasında…

Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizədlər və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iyulun 22-dən başlayan qeydiyyat prosesi yekunlaşıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı nazirliyə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.İctimai Şuraya seçkilərin keçirilmə tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək.Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 2019-cu il 11 iyul tarixli əmrinə əsasən yaradılıb. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik məşvərətçi qurum olacaq.İctimai Şura üzvlüyünə namizədlərin siyahısı Təhsil Nazirliyinin saytında verilib.xeber100.com

Avqust 27, 2019 13:05

8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Avqustun 27-30-da Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) keçiriləcək.BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Fırat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutan konfrans bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.BDU-dan Azərtac-a bildirilib ki, beynəlxalq konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.Konfransın plenar iclasında Almaniyanın Bergakademie Freiberg Texniki, ABŞ-ın Mərkəzi Florida, Birləşmiş Ərəb Əmirliklərinin Şarcah Amerikan, Türkiyənin Koç, İtaliyanın Bari Aldo Moro, Avstraliya Federasiya və Bakı Dövlət universitetlərinin, o cümlədən Rumıniyanın Simion Stoilou Riyaziyyat İnstitutunun alimlərinin məruzələri dinləniləcək.Konfransın əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirməkdir.Konfransda yeni nəticələr və gələcək çağırışlar, plenar, dəvətli və cari məruzələr təqdim ediləcək. Tədbirin əsas işçi dili ingilis dilidir. Konfransda təqdim olunacaq məruzələr üzrə məqalələr toplu şəklində və indekslənən jurnallarda dərc olunacaq.xeber100.com

Avqust 22, 2019 10:13