Bakı Dövlət Universitetinin məlumatına görə…

27 Aprel 2022 09:51

Xəbər 138 dəfə oxunub

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin III kurs tələbələri fakültənin müəllimləri Gülnarə Əhmədova və Polad Orucovun rəhbərliyi ilə Lənkəranda çöl-tədris təcrübəsində olublar.Bu barədə BDU-dan məlumat verilib.Təcrübə zamanı Xəzərin fiziki coğrafiyası fənnini daha yaxşı mənimsəmək üçün tələbələr Hirkan Milli Parkı, Xanbulan gölü, dəniz sahili ərazilərin relyefi, təbiəti, fauna və florası ilə yaxından tanış olublar. Onlar Lənkəranda bir neçə tarixi abidəni, o cümlədən Zindan qalası və Lənkəran xanının sarayı olmuş tarix-diyarşünaslıq muzeyini ziyarət ediblər.Ziyarət zamanı tələbələri maraqlandıran mövzularda müzakirələr aparılıb.xeber100.com

Bakı Dövlət Universiteti daha iki universiteti ilə əməkdaşlığa başlayıb

Bakı Dövlət Universiteti (BDU) Özbəkistanın daha iki ali məktəbi - Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti və Abdulla Qədiri adına Cizak Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığa başlayıb.Bu barədə BDU-dan məlumat verilib. Qeyd olunub ki, BDU beynəlxalq əlaqələrində türkdilli ölkələrin ali təhsil müəssisələri ilə münasibətlərin qurulmasına xüsusi önəm verir.BDU-da Özbəkistan nümayəndə heyəti ilə keçirilən görüşdə universitetin rektoru Elçin Babayev bildirib ki, türkdilli ölkələr arasında münasibətlərin daha da inkişafında, xalqların yaxınlaşmasında elm, təhsil müəssisələri xüsusi rola malikdir. Rektor Azərbaycan və Özbəkistan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini deyib. O, BDU-nun Özbəkistanın ali məktəbləri ilə əməkdaşlığının iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyinə və qısa müddətdə real nəticələri olacağına əminliyini bildirib.Sonra BDU ilə Mirzə Uluqbəy adına Özbəkistan Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb.Memoranduma əsasən, tərəflər tədris proqramlarının hazırlanması və mübadiləsi, inzibati və professor-müəllim heyətinin qısamüddətli və uzunmüddətli mübadiləsi sahələrində əməkdaşlıq edəcəklər. Akademik mübadilə proqramlarının hazırlanması, elmi tədqiqatlar sahəsində birgə əməkdaşlıq, elmi informasiya və materialların mübadiləsi də sənəddə əks olunub.Görüşdə həm də BDU ilə Abdulla Qədiri adına Cizak Dövlət Pedaqoji Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Müqavilədə humanitar və təbiət elmləri sahəsində ortaq elmi tədqiqatların aparılması, birgə elmi seminar, ustad dərsləri, konfrans və simpoziumların keçirilməsi, elm və təhsil sahəsində birgə layihələrin hazırlanması nəzərdə tutulur.xeber100.com

Sentyabr 30, 2022 15:48

Milli Elmlər Akademiyasının Nizamnamə layihəsinin müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizamnamə Komissiyasının iclasında yeni hazırlanmış Nizamnamə layihəsinin müzakirəsi keçirilib.AMEA-dan bildirilib ki, iclası açan AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2022-ci il 28 iyul tarixli Fərmanının icrası ilə əlaqədar olaraq akademiyanın yeni Nizamnaməsinin layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, yeni Nizamnamə layihəsi Prezident Fərmanı əsasında akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Yeni Nizamnamə layihəsi hazırlanarkən elmi tədqiqatların ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə, dünya elminə inteqrasiya şəraitində təşkili və həyata keçirilməsi ilə əlaqədar müddəalar, habelə elm və təhsilin qarşılıqlı əlaqəsi ilə bağlı məsələlər əsas prinsip kimi qəbul olunub. Bütövlükdə 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində akademiyanın strukturu, vəzifələri və hüquqları, akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrinin, regional elmi mərkəzlərinin, elmi müəssisələrinin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib. Layihədə akademiyanın beynəlxalq əməkdaşlığının təşkili və tənzimlənməsinə aid müddəalar da özünə yer alıb.AMEA-nın yeni Nizamnamə layihəsinin müzakirəsində Nizamnamə Komissiyasının üzvlərindən akademiklər Telman Əliyev, Nazim Məmmədov, müxbir üzv Bəxtiyar Məmmədov, AMEA Həmkarlar Təşkilatının sədri, hüquq elmləri doktorları Habil Qurbanov, Nazim Cəfərov, biologiya elmləri doktoru, professor Ulduz Həşimova, AMEA Hüquq şöbəsinin müdiri Kamal Əliyev çıxış edərək təkliflərini və mülahizələrini bildiriblər.Akademiyanın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli irəli sürülən təkliflərə münasibətini bildirib və müzakirələri yekunlaşdırıb.İclasda qeyd edilən təkliflər nəzərə alınmaqla AMEA-nın yeni Nizamnaməsinin layihəsi əsasən qəbul edilib və layihənin növbəti müzakirə üçün Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.AMEA Nizamnaməsinin layihəsi Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra akademiyanın Ümumi yığıncağına təqdim olunacaq.Nizamnamə qaydalarına əsasən AMEA-nın Nizamnaməsi Ümumi yığıncağın vəsatəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.xeber100.com

Sentyabr 22, 2022 13:18

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilib

Sentyabrın 9-da Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin hesabat tədbiri keçirilib.Tədbirdə əvvəlcə İnsan Resursları Mərkəzinin son 5 ildə həyata keçirdiyi layihələr üzrə hesabat təqdim edilib. Hesabatda Mərkəzin təşkil etdiyi müsabiqələr üzrə yeniliklər, ümumi statistikalar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.Tədbirdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Mərkəzinin keçirilən müsabiqələrdəki əhəmiyyətli rolu haqqında fikirlərini paylaşıb. Həmçinin nazir müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində ciddi işlər görüldüyünü bildirib. Emin Əmrullayev 60 000-dən çox şəxsin müsabiqədə iştirakının prosesin şəffaf və obyektiv keçirildiyinin nəticəsi olduğunu qeyd edib.Elm və təhsil naziri son 10 ildə müəllimlərin işə qəbulu üzrə müsabiqə yolu ilə fəaliyyətə başlayan təhsilverənlərin sertifikatlaşdırma prosesində 100 faizlik nəticə göstərərək test imtahanı mərhələsindən keçdiklərini bildirib. O, sertifikatlaşdırmanın nəticəsindən asılı olaraq təhsilverənlərin təkmilləşdirilməsi istiqamətində işlərin görülməsinin planlaşdırıldığını da diqqətə çatdırıb.Emin Əmrullayev bu il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən müəllimlərə sertifikatlarını təqdim edib. Nazir müəllimlərə əldə etdikləri nəticəyə görə təşəkkürünü bildirib.Görüşün sonunda səmərəli fəaliyyətlərinə görə İnsan Resursları Mərkəzinin əməkdaşları, müsabiqələrin təşkilinə dəstək olan “Məktəblinin dostu” layihəsinin və “Bir” Tələbə Könüllü İctimai Birliyinin nümayəndələri təltif olunub.Tədbirdə sertifikatlaşdırma prosesində və müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək nəticə göstərən, ucqar kənd məktəblərində çalışan, müsabiqələr üzrə uğur qazanan şəhid ailəsi üzvləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.xeber100.com

Sentyabr 9, 2022 15:28