Bakı İdman Sarayında 27-ci Azərbaycan çempionatı davam edir

23 Noyabr 2019 14:43

Xəbər 53 dəfə oxunub

Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında 20-ci respublika birinciliyi, böyüklər arasında isə 27-ci Azərbaycan çempionatı davam edir.Azərtac xəbər verir ki, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışlarda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər mübarizə aparırlar.Turnirdə artıq böyüklər və gənclər arasında yarışların qalibləri müəyyənləşib. Belə ki, qadınlar arasında kata üzrə Neda Rezai, kumitedə Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamirə Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Mədinə Quliyeva (50 kq) birinci yerə layiq görülüblər. Kişi karateçilərin mübarizəsində isə kata yarışında Ceyhun İsmayılov, kumite üzrə Elvin Ağayev (84 kq-dan yuxarı), Novruz Əliyev (84 kq), Samir Məmmədov (75 kq), Məhəmməd İsmayılov (67 kq) və Ülvi Qurbanov (60 kq) qızıl medal qazanıblar.U-21-lərin yarışında Nərgiz Məmmədova kata, Kəmalə Hüseynova (68 kq-dan yuxarı), Zamira Rzayeva (68 kq), Bəsti İsmayılova (61 kq), İnci Əzizova (55 kq), Fidan Teymurova (50 kq) kumite yarışlarında qalib olublar. Oğlanların yarışında isə Ceyhun İsmayılov kata, Murad Hacızadə (84 kq-dan yuxarı), Musa Sarızadə (84 kq), Fərid Şahbazlı (75 kq), Asim Məmmədov (67 kq) və Fərid Əbdülkərimov (60 kq) kumite üzrə birinci yerə layiq görülüblər.Yarışlar noyabrın 24-dək davam edəcək.xeber100.com

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20