Bakı İdman Sarayında kikboksinq üzrə turnir start götürəcək

21 Yanvar 2020 13:25

Xəbər 138 dəfə oxunub

Yanvarın 24-də Bakı İdman Sarayında kikboksinq üzrə üçüncü “Xocalı kuboku” turniri start götürəcək.Azərtac xəbər verir ki, “Xocalıya ədalət!” devizi altında təşkil olunacaq turnirdə yeniyetmələr, gənclər və kadetlər mübarizə aparacaqlar.Azərbaycan Kikboksinq Federasiyası və “Xocalı” idman klubunun təşkilatçılığı ilə keçiriləcək turnir 3 gün davam edəcək.xeber100.com

“Neftçi” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb

Bakının “Neftçi” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb.Azərtac xəbər verir ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda turnirin II təsnifat mərhələsi çərçivəsində paytaxt təmsilçisi Türkiyənin “Qalatasaray” komandasını qəbul edib. Bu, Bakı təmsilçisinin avrokuboklarda 66-cı oyunu olub.Bakı Olimpiya Stadionunun tribunalarında hər iki ölkənin və klubların bayraqları yerləşdirilib. Tribunada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, həmçinin hər iki ölkənin hazırkı prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sitatlarının yazıldığı pankartlar yer alıb.Matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Ömər Buludov, Mamadu Mbodj, Voislav Stankoviç, Anton Krivotsyuk, Emin Mahmudov, Mamadu Kane, Saman Nərimancahan, Namik Ələskərov, Yusuf Laval və Prins İbara yer alıblar.İstanbul təmsilçisinin ilk on birliyində isə meydana Fatih Öztürk, Martin Linnes, Markao, Kristian Luyindama, Marselo Saraççi, Taylan Antalyalı, Emre Kılınc, Rayan Babel, Yunes Belhanda, Ömer Bayram və Mbaye Diaqne çıxıblar.Şotlandiyalı hakimlər briqadasının idarə etdiyi oyuna daha fəal başlayan rəqib komanda istəyinə matçın 19-cu dəqiqəsində çatıb. Belə ki, Mbaye Diaqne “Qalatasaray”ı hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə İstanbul təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 0:1.Matçın 46-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Mamadu Mbodj hesabı bərabərləşdirib. Bu, “Neftçi”nin avrokuboklarda yubiley – 75-ci qolu olub. Ancaq Bakı təmsilçisinin sevinci çox çəkməyib. İki dəqiqə sonra “Qalatasaray”ın konqolu müdafiəçisi Kristian Luyindama komandasının ikinci topunu “Neftçi”nin qapısından keçirib. “Qalatasaray” və Seneqal millisinin hücumçusu M.Diaqne görüşün 63-cü dəqiqəsində dubl edib. “Neftçi”nin qapıçısı Aqil Məmmədovun səhvindən istifadə edən M.Diaqne komanda yoldaşı Emre Kılıncın ötürməsini qolla tamamlayıb və bu, qarşılaşmada vurulan sonuncu qol olub.Beləliklə, “Neftçi” komandası “Qalatasaray”a 1:3 hesabı ilə məğlub olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb.Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçirilib.xeber100.com  

Sentyabr 18, 2020 11:45