“Bakı Metropoliteni” QSC-nin məlumatı əsasında…

24 Noyabr 2019 22:22

Xəbər 122 dəfə oxunub

“Bakı Metropoliteni” QSC noyabrın 24-də səhər saatlarında metroda baş vermiş texniki problemlə əlaqədar məlumat yayıb.Azərtac QSC-nin saytına istinadla xəbər verir ki, məlumatda “Neftçilər”-“Qara Qarayev” mənzilində təmas relsində baş vermiş nasazlıqla əlaqədar təxirəsalınmaz texniki tədbirlərin yerinə yetirilməsi məqsədilə Bakı metropolitenində Qırmızı və Yaşıl xətlər üzrə qatarların hərəkətinin “Nəriman Nərimanov”-“İçərişəhər”, “Nəriman Nərimanov”-“Dərnəgül” və əks istiqamətdə təşkil edildiyi bildirilib.Qeyd olunub ki, hazırda “Ulduz”-“Həzi Aslanov” istiqamətində qatarların hərəkətinin bərpa edilməsi istiqamətində təcili tədbirlər görülür.İctimaiyyətə əlavə məlumat veriləcək.xeber100.com

5 əlavə ekspress xətt üzrə avtobuslar fəaliyyətə başlayacaq

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə 5 sayda əlavə ekspress xətt təşkil edilir.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, bu ekspress xətlər üzrə də avtobusların iş qrafiki saat 06:30-dan 21:00-dək olmaqla müəyyən edilib. Ekspress xətlər qarşıdakı günlərdə mərhələ ilə fəaliyyətə başlayacaq. M1 A və M2 A xətti üzrə gediş haqqı 0.30, M8 xətti üzrə 0.40, M9 və M10 xətləri üzrə isə gediş haqqı 0.50 azn müəyyən edilib.Təşkil olunacaq ekspress xətlərin istiqamətlərinə gəldikdə isə M1 A xətti Q.Qarayev prospekti (Laçın ticarət mərkəzinin qarşısı) – Gənclik metro stansiyası, M2 A xətti Neftçilər metro stansiyası – Elmlər Akademiyası metro stansiyası, M8 xətti Maştağa qəsəbəsi – Gənclik metro stansiyası, M9 xətti “Sea Breeze” istirahət mərkəzi – N.Nərimanov metro stansiyası, M10 xətti isə Mərdəkan qəsəbəsi (stansiya) – N.Nərimanov metro stansiyası üzrə marşrutu əhatə edəcək.Yeni ekspress xətlərin təşkilinin müsbət tərəflərinə pandemiya dövründə sərnişin sıxlığının yaranmasının qarşısını almaq, şəhərətrafı kənd və qəsəbələrin şəhərin mərkəz əraziləri ilə birbaşa əlaqələndirilməsi, yay mövsümü ərzində sərnişinlərin bəzi çimərlik, istirahət mərkəzlərinə rahat gediş-gəlişinin təmin olunması, avtobuslararası hərəkət intervalının minimuma endirilməsi, sürətli daşımanın təşkili, sərnişinlərin böyüktutumlu, yeni və rahat avtobuslarla daşınması, daşımaların nağdsız ödəniş sistemi ilə həyata keçirilməsinin təmin edilməsi aiddir. Həmçinin sərnişinlərin iki və ya daha artıq deyil, bir dəfə ödəniş etməklə təyinat məntəqəsinə çatdırılması, əhalinin mobillilik imkanlarının artırılması, avtomobilləşmənin qismən də olsa azalması, CNG mühərriklə işləyən müasir avtobusların ekoloji baxımdan ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi də müsbət haldır.Yeni ekspress xətlər üzrə avtobusların fəaliyyəti qarşıdakı günlərdə mərhələli qaydada təmin olunacaq.Yollarda hərəkət intensivliyi artdığından bəzi küçələrdə dayanma-durma və parklanma qaydalarının pozulması hallarına daha çox rast gəlinməkdədir. Mövcud vəziyyət müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir edir ki, bu da sərnişin sıxlığının yaranmasına zəmin yaradır. Bunu nəzərə alaraq, dayanma-durma və parklanma qaydalarının pozulması nəticəsində problemlər müşahidə olunan ərazilər nəzarətə götürüləcək və inzibati xəta törədən sürücülərə qarşı müvafiq tədbirlər görüləcək.Sərnişin sıxlığının qarşısının alınması baxımından vacib olan digər məqam xüsusi avtobus zolaqlarının olmasıdır. Paytaxt yollarında xüsusi hərəkət zolaqlarının təşkili istiqamətində tədbirlər davam edir. Eyni zamanda sürücülərdən bu zolağın tələbinə mütləq qaydada əməl etmələri tövsiyə edilir.xeber100.com

Avqust 5, 2020 21:57

Asiya İnfrastruktur İnvestisiya Bankı videokonfrans formatında işə başlayıb

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) 5-ci illik iclası COVID-19 pandemiyası səbəbindən iyulun 28-də videokonfrans formatında işə başlayıb.Azərtac xəbər verir ki, bankın Rəhbərlər və Direktorlar şuralarının üzvləri, ekspertlər iki gün davam edəcək iclasın müxtəlif mövzular üzrə vebinarlarında üzv ölkələr arasında əməkdaşlığın dərinləşdirilməsinin və bazarların daha sıx əlaqələndirilməsinin vacibliyinə, yaşıl iqtisadiyyatın qurulmasına, rəqəmsal uçurumun aradan qaldırılmasına və digər mövzulara dair müzakirələr aparırlar.İclasda Çin nümayəndəsi Cin Liçun ikinci müddətə bankın prezidenti seçilib. Onun 5 illik ikinci prezidentlik müddəti gələn ilin yanvarında başlayacaq.Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Hazırda bankın təsdiqlənmiş üzvlərinin sayı 82-dir. Daha 20 dövlət isə ölkədaxili proseduru bitirdikdən sonra AİİB-in təsdiqlənmiş üzvlərinin sırasına qoşulacaq. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə 87 layihəyə ümumilikdə 19,6 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.xeber100.com

İyul 28, 2020 22:05

İctimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirilib

Koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydləri davam etdirir.Agentlikdən Azərtac-a bildiriblər ki, AQTA-nın əməkdaşları tərəfindən iyulun 25-də Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 37 ictimai iaşə obyekti, 156 ərzaq satışı mağazası olmaqla ümumilikdə 193 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.Reyd keçirilən obyektlərdən 72-sində Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.xeber100.com

İyul 26, 2020 19:16

İqtisadi əməkdaşlıq üzrə təkliflər paketi hazırlanır

Xarkov vilayəti dövlət administrasiyasının sədri Aleksey Kuçer və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova iki ölkə arasında, o cümlədən sənaye sahəsində əməkdaşlığın perspektiv istiqamətlərini müzakirə ediblər.Azərtac xəbər verir ki, Xarkov vilayəti dövlət administrasiyasının başçısı və Elmira Axundova əməkdaşlıq üzrə konkret təkliflər paketinin Ukrayna-Azərbaycan parlamentlərarası komissiyasına təqdim edilməsi üçün iki gün ərzində hazırlanması barədə razılığa gəliblər.Vilayət dövlət administrasiyasının sədri Azərbaycan ilə uzun müddət əlaqələri olan Xarkovun iri müəssisəsi - “Turboatom” zavodunun imkanlarına diqqəti çəkib. Aleksey Kuçer deyib: “Turboatom” sizin hidroelektrik stansiyalarınız üçün xeyli vaxtdır xammal tədarük edir. Biz bilirik ki, Azərbaycan stansiyalarında istifadədə olan bir sıra konstruksiyalarımızın artıq yenilənməyə ehtiyacı var. Biz sifarişi yerinə yetirməyə hazırıq. Üstəlik, “Turboatom” səviyyəsində avadanlıq buraxan müəssisələrin sayı dünya üzrə altıdan artıq deyil. Biz “Siemens” səviyyəli şirkətlərlə layiqincə rəqabət aparırıq”.A. Kuçer Xarkov regionunun təyyarəqayırma sahəsindəki imkanlarından da söhbət açıb.Vilayət rəhbəri deyib: “Prezident komandası mülki aviasiyaya xüsusi əhəmiyyət verir və biz təyyarəqayırmanı dirçəltmək üzərində işləyirik. Bizim təyyarələr bütün dünyada məşhurdur. Hətta Prezidentimiz özü Ukrayna istehsalı olan təyyarədə uçur və bu, əlamətdar haldır. Son illərdə bizim Xarkov aviazavodu ağır dövrlərini yaşadı, lakin indi biz sahəni ciddi nəzarətə götürmüşük. Bizim satışa hazır olan məhsulumuz var və bu məhsul yüksək keyfiyyətə malikdir. Biz, həmçinin sifarişlər qəbul etməyə hazırıq”.xeber100.com    

İyul 24, 2020 23:01

TANAP-la Türkiyəyə 6 milyard kubmetr təbii qaz nəql edilib

2018-ci il iyunun 30-dan indiyədək TANAP-la Türkiyəyə 6 milyard kubmetr təbii qaz nəql edilib.Azərtac xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumat yayıb.Qeyd edək ki, yanvar-iyun aylarında TANAP-la Türkiyəyə 1,9 milyard kubmetr qaz nəql olunub.Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan ilk kommersiya təbii qazının TANAP boru kəməri ilə Türkiyəyə nəqlindən 2 il ötüb. TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili cari il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetr olub. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql ediləcək. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir, 2023-cü ildə 23 milyard, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan qazının 10 milyard kubmetri Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq. Azərbaycan təbii qazını Avropaya nəql edəcək və TANAP-a birləşdirilən TAP kəmərinə sınaq məqsədilə 21,4 milyon kubmetr qaz vurulub.“Şahdəniz-2” qazını Türkiyəyə nəql edən TANAP boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə qoşulub, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan və 3500 kilometrlik Cənub Qaz Dəhlizinin birləşdirici halqasını təşkil edən TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düymlük hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düymlük hissəsinin uzunluğu isə 480 kilometrdir. Mərmərə dənizi boyunca isə boru kəmərinin diametri 36 düym təşkil edir. İki fazada icra olunan layihə çərçivəsində boru kəmərinin uzunluğu (19 kilometri Mərmərə dənizindən keçməklə) ümumilikdə 1850 kilometrdir.Layihə ilə bağlı Azərbaycanla Türkiyə anlaşma memorandumunu 2011-ci il dekabrın 24-də imzalanıb, bu çərçivədə SOCAR tərəfindən “TANAP Doğalgaz İletim AŞ” şirkəti yaradılıb. TANAP boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib. Bununla da Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TANAP tikintisi ilə bağlı razılıq əldə edilib. Layihə çərçivəsində hasil olunacaq qazın uzunmüddətli sazişlər əsasında Avropa İttifaqı ölkələrinə ixrac edilməsi üçün mühüm addımlar atılıb, TANAP və TAP qaz boru kəmərlərinin inşasına dair sazişlər imzalanıb. 2015-ci il martın 17-də Türkiyənin Qars vilayətinin Selim rayonunda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr xalqının lideri Mustafa Akıncı, Serbiya Prezidenti Aleksandr Vuçic, Ukrayna Prezidenti Petro Poroşenko və digər rəsmi şəxslərin iştirakı ilə TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası keçən il noyabrın 30-da istifadəyə verilib. TANAP layihəsinə 6,5 milyard dollar xərclənib.TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 20 şəhər və 67 vilayətindən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanır. “Enerjinin İpək yolu” adlandırılan TANAP layihəsi təbii qazın “Şahdəniz”, eyni zamanda, Azərbaycanın digər yataqlarından Avropa bazarlarına nəql edilməsi potensialına görə mühüm siyasi və iqtisadi əhəmiyyətə malikdir.TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.xeber100.com

İyul 22, 2020 22:27

“Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatı

“Azərbaycan Dəmir Yolları” QSC-nin “2030 Koporativ Strategiya”sının hazırlanması məqsədilə bu il mayın 21-də dünyanın aparıcı şirkətlərindən olan “McKinsey&Company” ilə müqavilə imzalanıb, bu istiqamətdə təhlillər davam etdirilir.QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Azərbaycan Dəmir Yolları”nın idarə heyəti və həmin şirkətin nümayəndələrinin iştirakı ilə videokonfrans təşkil olunub. Videokonfrans zamanı “McKinsey&Company” şirkətinin nümayəndələri layihənin gedişatı barədə ətraflı məlumat təqdim ediblər.“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov əlverişli coğrafi mövqedən səmərəli istifadə etməklə, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində dəmir yolunun artan roluna diqqət çəkib və son dövrlərdə bu istiqamətdə atılan məqsədyönlü addımların ölkənin tranzit potensialına müsbət təsirini vurğulayıb. Bu məqsədlə QSC-nin əməliyyat effektivliyinin artırılması ilə yanaşı, nəqliyyat zəncirinin bütün halqalarının prosesdə iştirakının artırılması və müvafiq dəhlizlərin inkişafında maraqlı tərəflərlə əməkdaşlığın vacibliyini qeyd edib.Daha sonra “McKinsey&Company” şirkətinin dəmir yolu sektoru üzrə beynəlxalq ekspertləri tərəfindən “Azərbaycan Dəmir Yolları” QSC-nin idarə heyətinə qlobal və regional dəmir yolu sektorunun icmalı və trendləri, COVID-19 pandemiyasının dəmir yolu sektoruna təsiri mövzularına dair təqdimat edilib. Strategiyanın daha uğurlu olması üçün qlobal və regional trendlərin gözlənilən təsirləri müzakirə olunub, bu mövzuda tərəflər arasında qarşılıqlı təcrübə mübadiləsi aparılıb.xeber100.com    

İyul 21, 2020 18:38

Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı artırılacaq

Azərbaycanın milli aviadaşıyıcısı avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq. Bu gün AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edilir.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30 faiz həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya “WhatsApp” mesenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq.İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan, yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.İstənilən halda testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində alınmalıdır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, bu reyslərlə Bakıya gələn bütün sərnişinlər 2 həftə müddətində özünütəcrid rejimində olmalıdır. Bu məqsədlə onlar uçuş zamanı bəyannamə dolduraraq, özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməlidirlər. 8103 nömrəsinə SMS göndərməklə alınan icazələr həmin şəxslərə şamil olunmayacaq.xeber100.com

İyul 20, 2020 16:52