Aprelin 6-da Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Talassemiya Federasiyasının təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Tədbirə qatılan universitetin tələbə və müəllimləri qana ehtiyacı olan xəstələr üçün könüllü qan veriblər.BSU-dan Azərtac-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının tibbi biliklərin əsasları və mülki müdafiə kafedrasının müdiri Pərvanə Cəfərova universitetdə belə aksiyaların təşkilinin artıq ənənəvi hal aldığını deyib. Diqqətə çatdırılıb ki, hər il aprel ayında keçirilən “Donor günü” çərçivəsində BSU-nun kollektivi talassemiyalı xəstələrə dəstək olmağa çalışır. Aksiyanın talassemiya ilə bağlı dövlət proqramlarına uyğun həyata keçirildiyini vurğulayan P.Cəfərova bu xəstəlik haqqında məlumat verib. Qeyd edib ki, qanvermə aksiyası həkim nəzarəti altında həyata keçirilməlidir. Çəkisi 50 kiloqramdan az olan şəxslər qan verə bilməzlər. Bundan əlavə, donorlar fiziki baxımdan da sağlam olmalıdırlar.Əvvəlcə donorlar həkim nəzarətindən keçirilib, onların sağlamlıq durumu müəyyənləşdirildikdən sonra aksiyada iştirak etmələrinə icazə verilib. Donorlar bu cür aksiyaların təşkilini yüksək dəyərləndirib və digər şəxsləri də qanvermədə fəal iştirak etməyə səsləyiblər.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…