“Bakı yayı” beynəlxalq şahmat festivalı davam edir

5 İyul 2019 16:19

Xəbər 65 dəfə oxunub

Bakıda keçirilən ənənəvi “Bakı yayı” beynəlxalq şahmat festivalı davam edir.Beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi İlqar Bacarani Azərtac-a bildirib ki, qrossmeyster və beynəlxalq usta normalı yarışlarda 9 oyundan 5,5 xal toplayan “Qross expert” komandası turnir cədvəlinə liderlik edir. Komandanın heyətində Məhəmməd Muradlı (Bakı) 3 və iranlı Məsud Mosadeqpur 1,5 xal toplayıblar. Usta qrupunda isə “Şətrənc” ve “Ekspertlər” komandaları hərəyə 5,5 xal toplayıblar. Şəxsi hesabda isə 3 qələbə ilə Vüqar Manafov və Müşfiq Əsgərov turnir cədvəlinin ilk pilləsində qərarlaşıblar.Şeveningen sistemi üzrə keçirilən A turnirində Azərbaycan şahmatçılarından başqa, Türkiyə, Gürcüstan, İran, İraq, Belarus təmsilçiləri də iştirak edirlər. Onlardan altısı qrossmeyster, dördü beynəlxalq usta, doqquzu FIDE ustasıdır.xeber100.com

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan və Uels milli komandalarının qarşılaşması başlayıb.Azərtac xəbər verir ki, “Bakcell Arena”da keçirilən oyunda milli komandamızın start heyətində Emil Balayev, Pavel Paşayev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Anton Krivatsyuk, Riçard Almeyda, Dmitri Nazarov, Qara Qarayev, Ramil Şeydayev, Şəhriyar Rəhimov və Araz Abdullayev yer alıblar.Uels yığmasının ilk on birliyində meydana Ueyn Hennessi, Neyl Teylor, Kris Mepham, Co Rodon, Co Allen, Harri Uilson, Qaret Beyl, Konnor Roberts, Etan Ampadu, Tom Lourens, Daniel Ceyms çıxıblar.Xatırladaq ki, görüşü Almaniyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Deniz Aytekin təyin olunub.Azərbaycan və Uels komandaları indiyədək yeddi dəfə qarşılaşıblar. Bu görüşlərin yalnız biri - 2004-cü il sentyabrın 4-də Bakıda keçirilən qarşılaşma heç-heçə başa çatıb - 1:1. Qalan oyunların hamısında Uels komandası qələbə qazanıb.Altı turdan sonra Uels millisi 8 xalla dördüncü pillədə yer alır. Azərbaycan yığmasının 1 xalı var. Qrupda yer alan digər dörd komandanın hər birinin növbəti mərhələyə vəsiqə qazanmaq şansı qalır.Azərbaycan millisinin oyunçusu Eddi İsrafilov İspaniyanın “Albasete” klubundan dəvət olunmasında texniki problem yarandığı üçün bu görüşdə iştirak edə bilməyəcək. Rüfət Dadaşov isə yığmanın hazırlıq prosesi zamanı zədələndiyi üçün heyətdə yer almayıb.xeber100.com

Noyabr 16, 2019 21:09