“Barselona” futbol klubu “Atletiko Madrid”i qəbul edib

1 İyul 2020 10:31

Xəbər 583 dəfə oxunub

İyunun 30-da futbol üzrə İspaniya La Liqasının 33-cü turu çərçivəsində “Barselona” klubu “Atletiko Madrid”i qəbul edib.Azərtac xəbər verir ki, “Nou Kamp” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.Matçda hesab 11-ci dəqiqədə açılıb. “Ateltiko”nun hücumçusu Diqeo Kosta avtoqola imza atıb. İlk qoldan səkkiz dəqiqə sonra baş hakim “Barselona”nın qapısına penalti təyin edib. Madrid komandasının yarımmüdafiəçisi Saul Niqes cərimə zərbəsini dəqiq yerinə yetirib. İkinci hissənin 50-ci dəqiqəsində hücumçu Lionel Messi 11 metrlik cərimə zərbəsi ilə kataloniyalıları yenidən hesabda önə çıxarıb. Lakin 62-ci dəqiqədə Saul yenidən penaltini dəqiq yerinə yetirərək dubl edib.“Barselona” 70 xal toplayaraq turnir cədvəlində ikinci yerdə qərarlaşıb. Aktivində 59 xalı olan “Atletiko Madrid” turnir cədvəlində 3-cü yerdədir.Qeyd edək ki, yarışın lideri 32 matçda 71 xal toplayan “Real Madrid”dir.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsində

İyulun 5-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçirilib.Azərtac xəbər verir ki, "Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə qalib gəldiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. Oyunun 88-ci dəqiqəsində isə Antoni Marsyal qələbə topunu vurub.Mançester təmsilçisi dörddəbir finala vəsiqə qazanıb.Günün digər oyununda "İnter" neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniyanın "Xetafe" klubunun üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. Matçın 83-cü dəqiqəsində isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.Qeyd edək ki, UEFA “İnter” - “Xetafe” və “Sevilya” - “Roma” oyunlarında qalibi bir oyunda müəyyən etmək üçün qərar qəbul edib.Dörddəbir finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.Xatırladaq ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukraynanın “Şaxtyor" klubu isə Almaniyanın "Volfsburq" komandasından üstün olub - 3:1, 3:0. "Şaxtyor" dörddəbir finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.xeber100.com

Avqust 6, 2020 11:25