“Barselona” futbol klubu “İnter” komandasını qəbul edib

3 Oktyabr 2019 12:31

Xəbər 120 dəfə oxunub

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümündə qrup mərhələsinin ikinci turuna son 8 oyun ilə yekun vurulub.Azərtac xəbər verir ki, ikinci günün ən dramatik matçı “Nou Kamp” stadionunda qeydə alınıb. İspaniyada “Barselona” İtaliyanın “İnter” komandasını qəbul edib. Görüşdə hesabı italyanlılar açıb: ilk hücumunu qolla başa vuran Lautaro Martines komandasını hesabda önə çıxarıb – 1:0. Qoldan sonra irəli atılan Kataloniya təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq birinci hissə qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra da hücumlarını davam etdirən “Barselona” istəyinə 58-ci dəqiqədə çatıb. Arturo Vidalın ötürməsindən sonra Luis Suares uzaq məsafədən baxımlı qola imza atıb – 1:1.Oyunun başa çatmasına altı dəqiqə qalmış Luis Suares ikinci qolu vuraraq komandasına vacib qələbə qazandırıb – 2:1.Beləliklə, “Barselona” cari mövsüm UEFA Çempionlar Liqasında ilk qələbəsini qazanıb. Ernesto Valverdinin yetirmələri ilk turda səfərdə Almaniyanın “Borussiya” klubu ilə heç-heçə ediblər – 0:0. “İnter” isə F qrupunun autsayderi sayılan “Slaviya Praqa”nı məğlub edə bilməyib – 0:0.Turnirdə İngiltərənin “Liverpul”u Avstriyanin “Zatlsburq” komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 4:3. Qollardan 2-ni Məhəmməd Salah, Sadio Mane və Anryu Robertson vurub. Qonaqlarda isə Hi-Çan Hvanq, Takimu Minamino və Braun Holland fərqləniblər.xeber100.com

 

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24