“Barselona” futbol klubu müqavilənin müddətini uzadacaq

14 Mart 2020 15:55

Xəbər 40 dəfə oxunub

İspaniyanın “Barselona” futbol klubu qapıçısı Mark-Andre ter Ştegenlə müqavilənin müddətini uzatmaq niyyətindədir.Azərtac İspaniya mətbuatına istinadla xəbər verir ki, klubun idman direktoru Erik Abidal futbolçunun agenti Herf fon Bruhla danışıqlarda irəliləyişə nail olub. Kataloniya təmsilçisi 27 yaşlı qapıçıya maaşını artırmaqla 4-5 illik yeni müqavilə təklif edib.Qeyd edək ki, tərəflər arasında 2017-ci ildə imzalanan hazırkı müqavilənin müddəti 2022-ci ilin iyununda başa çatır.xeber100.com