“Barselona” futbol klubu üçillik müqavilə imzalayıb

3 İyul 2020 13:53

Xəbər 535 dəfə oxunub

“Jalgiris” basketbol klubu ilə yollarını ayıran Şarunas Yasikyaviçyus bundan sonra karyerasını “Barselona”da davam etdirəcək. Litvalı mütəxəssis bu postda Svetislav Peşiçi əvəz edəcək.Azərtac xəbər verir ki, İspaniya klubu məşqçi ilə üçillik müqavilə imzalayıb.Ş.Yasikyaviçyus 2016-cı ildən “Jalgiris”də çalışırdı. Onun başçılığı altında kaunaslılar XXI əsrdə ilk dəfə Avroliqada “Dördlər finalı”nda oynamaq imkanı qazanıblar. Elə “Barselona” da Yasikyaviçyus üçün yad klub deyil. Belə ki, 2003-cü ildə litvalı oyun qurucusu bu klubda Avroliqanın qalibi olub.Litva mətbuatı mütəxəssisin “Barselona”dakı məvacibini də müəyyənləşdirə bilib. O, qarşıdakı üç mövsüm ərzində ilə 3 milyon avro maaş alacaq. Halbuki onun xidmətində “Fənərbağça” da maraqlı idi. İstanbul klubu Yasikyaviçyusa 2 ilə 3,2 milyon avro məvacib təklif etmişdi.Yasikyaviçyusun gedişindən sonra isə “Jalgiris”i onun köməkçisi Darius Maskolyunas çalışdıra bilər. Amma Yasikyaviçyus onu “Barselona”da köməkçisi kimi görmək istəyir.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsində

İyulun 5-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçirilib.Azərtac xəbər verir ki, "Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə qalib gəldiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. Oyunun 88-ci dəqiqəsində isə Antoni Marsyal qələbə topunu vurub.Mançester təmsilçisi dörddəbir finala vəsiqə qazanıb.Günün digər oyununda "İnter" neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniyanın "Xetafe" klubunun üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. Matçın 83-cü dəqiqəsində isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.Qeyd edək ki, UEFA “İnter” - “Xetafe” və “Sevilya” - “Roma” oyunlarında qalibi bir oyunda müəyyən etmək üçün qərar qəbul edib.Dörddəbir finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.Xatırladaq ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukraynanın “Şaxtyor" klubu isə Almaniyanın "Volfsburq" komandasından üstün olub - 3:1, 3:0. "Şaxtyor" dörddəbir finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.xeber100.com

Avqust 6, 2020 11:25