Basketbolçular arasında keçiriləcək turnirlərin tarixləri təyin edilib

15 May 2020 09:51

Xəbər 34 dəfə oxunub

Beynəlxalq Basketbol Federasiyası (FIBA) Tokio Olimpiadasına kişi basketbolçular arasında keçiriləcək seçmə xarakterli turnirlərin tarixlərini təyin edib.Azərtac xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.Təsnifat turnirləri Kanada, Xorvatiya, Litva və Serbiyada keçiriləcək. Əvvəlcə yarışların bu il iyulun 23-28-də keçirilməsi planlaşdırılırdı. Sonradan turnirlər 2021-ci ilin 29 iyun-4 iyul tarixlərinə təxirə salınıb.Seçmə turnirlərdə, ümumilikdə, 24 komanda iştirak edəcək. Altı komanda əvvəlcə iki qrupa bölünmüş dörd seçmə turnirin hər birində oynayacaq. Hər qrupdakı üç komandadan ikisi pley-offa çıxacaq, dörd turnirin hər birinin qalibi Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanacaq.Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Olimpiya Oyunları gələn ilin 23 iyul-8 avqust tarixlərinə təxirə salınıb.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24