“Bavariya” futbol klubu yeni müqavilə imzalayıb

21 May 2020 10:21

Xəbər 78 dəfə oxunub

Almaniyanın “Bavariya” futbol klubu qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalayıb.Azərtac xəbər verir ki, 34 yaşlı qolkiper yeni müqaviləsinə əsasən, 2023-cü ilin iyununadək komandasının şərəfini qoruyacaq.Qeyd edək ki, almaniyalı futbolçu 2011-ci ildən Münxen klubunda çıxış edir.xeber100.com

“Rolan Qarros” turnirində planetin ən güclü tennisçiləri yarışacaqlar

Gələn həftənin əvvəli tennis həvəskarları daha bir “Böyük dəbilqə” seriyalı turnirin həyəcanını yaşayacaqlar. Parisdə keçiriləcək “Rolan Qarros” turnirində planetin ən güclü tennisçiləri yarışacaqlar. Buna baxmayaraq, Fransa açıq tennis turnirində yarışmaqdan imtina edənlər də var. Amma “US Open”də çıxış etməyənlərdən bəzilərini bu turnirdə görmək mümkün olacaq.Azərtac xəbər verir ki, ABŞ açıq tennis turnirinin qalibi Naomi Osaka “Rolan Qarros”da çıxış etməyəcək. Bu barədə yaponiyalı tennisçinin özü sosial şəbəkə hesabında məlumat verib: “Son 3 həftədə mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən belə bir dəstək olmadan uğur qazana bilməzdim. Təəssüf ki, “Rolan Qarros” turnirində iştirak edə bilməyəcəyəm. Dizaltı vətərlərimlə bağlı problem yaşandığına görə belə bir addım atmaq qərarına gəldim. “US Open”lə “Rolan Qarros” turnirləri arasında fasilə az olduğuna görə seçim etməyə məcbur oldum. Parisdəki turnirin təşkilatçıları və iştirakçılarına uğurlar arzulayıram”.N.Osakadan fərqli Rafael Nadal “US Open”də iştirak etməyib. Amma yaponiyalı tennisçinin iştirak etməyəcəyi turnirdə ispaniyalı raketka ustasını görmək mümkün olacaq. Sentyabrın 21-də start götürəcək turnirdən əvvəl tennisçi şanslarından danışıb: “Rolan Qarros”da rəqabətədavamlı tennisçi olmaq üçün daha yaxşı çıxış etməliyəm. Uğur qazanmağa gedən yol məşqlərdə səylə çalışmaqdan keçir. Parisdə mümkün qədər çox oyun keçirməliyəm. Romadakı turnirdəki çıxışım nikbinliyə əsas verir. Əslində Romadakı “Masters” seriyalı yarışa heç vaxt hazırlıq turniri kimi baxmamışam. Mən turnirdə həmişə motivasiyalı çıxış etmişəm”.xeber100.com

Sentyabr 19, 2020 16:48

“Neftçi” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb

Bakının “Neftçi” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb.Azərtac xəbər verir ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda turnirin II təsnifat mərhələsi çərçivəsində paytaxt təmsilçisi Türkiyənin “Qalatasaray” komandasını qəbul edib. Bu, Bakı təmsilçisinin avrokuboklarda 66-cı oyunu olub.Bakı Olimpiya Stadionunun tribunalarında hər iki ölkənin və klubların bayraqları yerləşdirilib. Tribunada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, həmçinin hər iki ölkənin hazırkı prezidentləri - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın sitatlarının yazıldığı pankartlar yer alıb.Matçda "Neftçi"nin start heyətində Aqil Məmmədov, Ömər Buludov, Mamadu Mbodj, Voislav Stankoviç, Anton Krivotsyuk, Emin Mahmudov, Mamadu Kane, Saman Nərimancahan, Namik Ələskərov, Yusuf Laval və Prins İbara yer alıblar.İstanbul təmsilçisinin ilk on birliyində isə meydana Fatih Öztürk, Martin Linnes, Markao, Kristian Luyindama, Marselo Saraççi, Taylan Antalyalı, Emre Kılınc, Rayan Babel, Yunes Belhanda, Ömer Bayram və Mbaye Diaqne çıxıblar.Şotlandiyalı hakimlər briqadasının idarə etdiyi oyuna daha fəal başlayan rəqib komanda istəyinə matçın 19-cu dəqiqəsində çatıb. Belə ki, Mbaye Diaqne “Qalatasaray”ı hesabda önə çıxarıb. Komandaların cəhdlərinə baxmayaraq ilk hissə İstanbul təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb - 0:1.Matçın 46-cı dəqiqəsində “Neftçi”nin futbolçusu Mamadu Mbodj hesabı bərabərləşdirib. Bu, “Neftçi”nin avrokuboklarda yubiley – 75-ci qolu olub. Ancaq Bakı təmsilçisinin sevinci çox çəkməyib. İki dəqiqə sonra “Qalatasaray”ın konqolu müdafiəçisi Kristian Luyindama komandasının ikinci topunu “Neftçi”nin qapısından keçirib. “Qalatasaray” və Seneqal millisinin hücumçusu M.Diaqne görüşün 63-cü dəqiqəsində dubl edib. “Neftçi”nin qapıçısı Aqil Məmmədovun səhvindən istifadə edən M.Diaqne komanda yoldaşı Emre Kılıncın ötürməsini qolla tamamlayıb və bu, qarşılaşmada vurulan sonuncu qol olub.Beləliklə, “Neftçi” komandası “Qalatasaray”a 1:3 hesabı ilə məğlub olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb.Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçirilib.xeber100.com  

Sentyabr 18, 2020 11:45