Belarus parlamentinə seçkilərdə vaxtından əvvəl səs verilib

16 Noyabr 2019 22:28

Xəbər 52 dəfə oxunub

Belarus parlamentinin nümayəndələr palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib.BelTA agentliyi xəbər verir ki, bu barədə məlumat şənbə günü Belarus Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Növbədənkənar səsvermə noyabrın12-də başlayıb və bu gün başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39, 41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28, 56 faiz) qeydə alınıb.Belarusda parlament seçkiləri seçicilərin yarıdan çoxu iştirak etdikdə baş tutmuş sayılır. Nümayəndələr palatasına deputat seçkiləri noyabrın 17-də keçiriləcək. Palatada 110 yerə 513 namizəd iddia edir. Ölkənin 6,8 milyon sakini seçki hüququna malikdir.xeber100.com

“Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək

dekabrın 9-da Parisdə “Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək. Donbas münaqişəsindən sonra yaradılan “Normand formatı” liderlərinin görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Lakin görüş zamanı aparılan müzakirələr nəticəsiz qalıb, Rusiya və Ukraynanın heç biri güzəştə getməyib. 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand formatı”na böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra “Minsk-2” razılaşması əldə edilib. Azərtac xəbər verir ki, ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.Bu gün isə dünya liderlərini ümidləndirən fərqli bir vəziyyət yaranıb. Ukraynada Vladimir Zelenski hakimiyyətə gələndən sonra Kiyev və Moskva arasında birbaşa dialoq qurulub. Qısa müddətdə böyük tərkibdə əsir və girovların dəyişdirilməsi baş tutub, Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair razılaşma əldə olunub, Donbas münaqişəsinin həlli istiqamətində təkliflər irəli sürülüb. Bu baxımdan dekabrın 9-da Fransa paytaxtındakı Yelisey sarayında təşkil olunacaq “Normand dördlüyü”nün liderlərinin sammitini adi protokol görüşü adlandırmaq sadəlövhlük olardı. Artıq tərəflər öz mövqeyini və müzakirə olunacaq məsələlərin anonsunu da verib. Vladimir Zelenski bəyan edib ki, görüşdə müzakirələr yalnız Ukraynanın milli maraqları çərçivəsində aparıla bilər. Müzakirələrdə əsas mövzular Yeni ilədək əsir və girovların növbəti dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi olacaq. Rəsmi Kiyev hesab edir ki, ilk növbədə, silahlı qruplaşmalar ərazidən çıxarılmalı, Kiyev Rusiya ilə sərhəddə nəzarəti bərpa etməli və bundan sonra Ukrayna qanunvericiliyinə uyğun seçki keçirilməlidir.xeber100.com

Dekabr 8, 2019 14:51