Belarus parlamentinin Nümayəndələr Palatasına seçkilər keçirilir

17 Noyabr 2019 20:23

Xəbər 62 dəfə oxunub

Noyabrın 17-də Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilər keçirilir.Azərtac xəbər verir ki, səsvermə yerli vaxtla 20:00-da başa çatacaq.Belarus parlamentinin aşağı palatasında 110 yerə 520 namizəd qeydə alınıb. Belarusda seçicilərin sayı 6,8 milyon nəfərdir, ölkə hüdudlarından kənarda isə 3,6 min seçici var. Seçkilərdə minə yaxın beynəlxalq müşahidəçi iştirak edir. Ən böyük müşahidəçi qrupu MDB-ni və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edir. Seçkilərin gedişini, həmçinin 28 min yerli müşahidəçi izləyir.Xarici müşahidəçilər arasında Azərbaycan Milli Məclisinin deputatları da var. Deputatlar Xanlar Fətiyev, Sahibə Qafarova və Tahir Mirkişili səsvermə prosesini izlədikdən sonra seçkilərin nəticələrinə dair açıqlama verəcəklər.Xatırladaq ki, Belarus parlamentinin Nümayəndələr Palatasına (aşağı palata) seçkilərdə beş gün ərzində 35,8 faiz seçici vaxtından əvvəl səs verib. Növbədənkənar səsvermə noyabrın12-də başlayıb və noyabrın 16-da başa çatıb. MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Qomel və Mogilyov vilayətlərində (müvafiq olaraq 39, 41 faiz və 39,11 faiz), ən aşağı fəallıq isə Minskdə (28, 56 faiz) qeydə alınıb.xeber100.com

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Yanvarın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.Azərtac xəbər verir ki, əvvəlcə komissiyanın 6 yanvar tarixli iclasının protokolu təsdiq olunub. Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün təsdiq olunmasına qərar verilib.İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin olunmuş seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə də baxılıb və sözügedən partiyanın müraciəti təmin edilərək səlahiyyətli nümayəndənin qeydiyyatı ləğv olunub, ona verilən lövhəcik etibarsız hesab edilib.Komissiyanın iclasında, həmçinin qarşıdan gələn 9 fevral Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətə baxılıb. Müraciət maraqlı subyektin də iştirakı ilə komissiyanın iclasında geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.Beynəlxalq müşahidəçilərin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə də baxılıb.xeber100.com

Yanvar 12, 2020 16:40

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Yanvarın 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Azərtac-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il dekabrın 28-də keçirilmiş iclasının protokolu təsdiq olunub.Sonra 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilər və 2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar maraqlı subyektlərin də iştirakı ilə MSK-ya daxil olmuş müraciətlərə baxılıb. Milli Məclisə seçkilərə dair müraciətlərin müzakirəsindən sonra Komissiya namizədin qeydə alınmaması ilə bağlı müvafiq dairə seçki komissiyasının qərarının ləğv edilərək, namizədliyi öz təşəbbüsü ilə irəli sürülən bir nəfərin Milli Məclisə seçkilərdə namizədliyinin qeydə alınmasına qərar verib.Ötən il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərin müzakirəsi zamanı da vətəndaşların seçki hüquqlarının daha səmərəli və effektiv təmin olunması üçün geniş, hərtərəfli və obyektiv araşdırılan müraciətlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Komissiya üzvlərinin müzakirəsindən sonra 30 saylı Suraxanı birinci seçki dairəsinin 24 və 31 saylı Suraxanı ikinci seçki dairəsinin 30 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab olunub, eləcə də sözügedən seçki məntəqələrinin məntəqə seçki komissiyaları buraxılıb.Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin seçkilərlə bağlı cari məsələlərə baxılıb.xeber100.com

Yanvar 5, 2020 17:48