“Beşiktaş” futbol klubu yarımmüdafiəçisi ilə yollarını ayırıb

24 İyul 2020 16:48

Xəbər 262 dəfə oxunub

İstanbulun “Beşiktaş” futbol klubu yarımmüdafiəçisi Kevin-Prins Boatenqlə yollarını ayırıb.Azərtac xəbər verir ki, “qara qartallar”ın düşərgəsində sonuncu məşqə çıxan qanalı futbolçu baş məşqçi Sərgən Yalçın və komanda yoldaşları ilə vidalaşıb. Qeyd edək ki, “Beşiktaş” Boatenqi qışda İtaliyanın “Fiorentina” klubundan 6 aylıq icarəyə götürüb. Otuz üç yaşlı futbolçu İstanbul təmsilçisində meydana çıxdığı 11 oyunda 3 qola imza atıb.xeber100.com