Beynəlxalq Basketbol Federasiyasının məlumatına görə…

26 May 2020 18:12

Xəbər 74 dəfə oxunub

Beynəlxalq Basketbol Federasiyası (FIBA) öz saytında milli federasiyalar üçün koronavirus pandemiyasından sonra yarışların bərpası ilə bağlı tövsiyə xarakterli məlumat dərc edib.Azərtac xəbər verir ki, təlimat FIBA-nın Tibbi Komissiyasının rəhbəri doktor Piter Harkort tərəfindən Tibbi Məsləhət Qrupu, eləcə də Oyunçular Komissiyası ilə müzakirə edildikdən sonra hazırlanıb.Qurum mövsümü mərhələli şəkildə bərpa etməyi təklif edib. İlk mərhələdə məşqçilərin minimum dəstəyi ilə fərdi hazırlıq olmalıdır. Bundan sonra isə kollektiv məşqlərə başlamaq olar. Təlim-məşq toplanışının yarışın startından 3-6 həftə əvvəl başlaması məsləhət görülüb.FIBA oyunların azarkeşlərin iştirakı ilə keçirilməsinə qarşıdır. Həmçinin matçların yenidən başlaması ilə bağlı bütün aktual problemləri yerli rəhbərliklə həll etməyi tövsiyə edib. Bundan başqa, qurum basketbolçuların koronavirus testindən keçirilməsinin vacib olduğunu bildirib.Qeyd edək ki, bütün dünyada basketbol yarışları mart ayında pandemiya səbəbindən təxirə salınıb.xeber100.com

Formula 1 üzrə dünya çempionatının ikinci yarışması start götürəcək

Bu gün Avstriyanın Şpilberq qəsəbəsi yaxınlığında yerləşən “Red Bull Ring” trasında Formula 1 üzrə dünya çempionatının yeni mövsümündə ikinci yarışması start götürəcək.Azərtac xəbər verir ki, bu, Formula 1 avtoidmanının 70 illik tarixində iki yarışın dalbadal eyni trasda keçirildiyi ilk hadisədir. Şpilberq qəsəbəsinin yerləşdiyi federal əyalətin adına uyğun olaraq, bu yarışmaya Ştiriya Qran-Prisi adı verilib.İyulun 5-də “Red Bull Ring” trasında keçirilən ilk yarışda “Mercedes” pilotu Valtteri Bottas qalib gəlmişdi. İyulun 11-də keçirilən kvalifikasiya turniri güclü yağışa görə pilotlar üçün əsl məşəqqətə çevrilib. Dünya çempionu və “Mercedes” pilotu Levis Hemilton hazırlıq yarışında peşəkar karyerası tarixində 89-cu start mövqeyi (pole position) təmin edib və iyulun 12-də trasda yürüşə əlverişli mövqedən start verəcək. Hazırlıq yarışında sonrakı yerlərdə isə Maks Verstappen (”Red Bull”), Karlos Saynz (“McLaren”) və ötən həftənin qalibi Valtteri Bottas tutublar.Avstriya mətbuatında COVID-19 öhdəliklərinə riayət olunmadığına görə iyulun 19-da Macarıstanda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran-Prisinin üçüncü dəfə eyni məkanda – Şpilberqdə “Red Bull Ring” trasında baş tutacağına dair xəbərlər yayılır. Formula 1 təşkilatçıları bu xəbərləri hələlik şərh etməyiblər.Təşkilatçılar yarışların COVID-19 pandemiyası ilə əlaqədar tam təhlükəsiz şəraitdə keçməsi üçün ciddi tədbirlər görüblər. İkinci dövrənin keçiriləcəyi 12 iyul tarixinədək Şpilberqdə ümumilikdə 8600 COVID-19 testi aparılıb, onların hamısının cavabı mənfi olub. Bu da Formula 1 yarışları üçün hazırlanmış yeni konsepsiyaya və yerli təşkilatçıların məsuliyyətinə inamı artırıb.xeber100.com

İyul 12, 2020 19:44

Ümumdünya Şahmat Olimpiadası onlayn formatda təşkil ediləcək

Beynəlxalq Şahmat Federasiyası (FIDE) koronavirus pandemiyası səbəbindən Ümumdünya Şahmat Olimpiadasını onlayn formatda təşkil etməyə hazırlaşır. İyulun 22-də start götürəcək Olimpiadaya avqustun 30-da yekun vurulacaq.Azərbaycan Şahmat Federasiyasından Azərtac-a verilən məlumata görə, Olimpiadada ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edəcəklər. Federasiya tərəfindən ehtiyat oyunçular siyahısına Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımov olacaq.Qeyd edək ki, divizionların tərkibləri açıqlanmayıb. Azərbaycan yığmasının 40 komandanın yer alacağı “Top-divizion”da mübarizə aparacağı gözlənilir.Reqlamentə əsasən, qarışıq komandaların mübarizəsində hər yığmada 6 şahmatçı yer alacaq. Heyətə ən azı iki qadın şahmatçı daxil edilməlidir. Həmçinin hər komandada bir oğlan və bir qız 20 yaşadək olmalıdır. Bundan başqa, hər yığma 6 ehtiyat oyunçu və kapitan sifariş etməlidir. Olimpiada iki mərhələdən ibarət olacaq. Öncə komandalar 4 divizionda – Top, I, II və III divizionda mübarizə aparacaq. Ardınca pley-off baş tutacaq.Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42 Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.xeber100.com

İyul 9, 2020 12:47