Beynəlxalq Miqrasiya Təşkilatının məlumatı əsasında…

24 Yanvar 2020 18:25

Xəbər 128 dəfə oxunub

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bəyan edib ki, Misir hökumətinin səyləri nəticəsində bu ölkənin ərazisindən Avropaya qeyri-leqal miqrasiya tamamilə dayanıb.Azərtac “Egypttoday” portalına istinadla xəbər verir ki, təşkilatın Qahirədəki missiyasının rəhbəri Loren de Bok Misir Prezidenti Əbdülfəttah əs-Sisinin “Həyat xilas edən qayıqlar” (“Life Saving Boats”) təşəbbüsü və misirli gənclər üçün yaradılan yeni iş yerləri sayəsində bu ölkənin vətəndaşlarının Avropaya qeyri-leqal missiyasının qarşısının alındığını bildirib. Onun sözlərinə görə, IOM bu sahədə Misir hökuməti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. “Misir hökumətinin səyləri nəticəsində bu 2016-cı ilədək minlərlə qanunsuz miqrantı əhatə edən bu göstərici artıq sıfıra enib”, -deyə təşkilatın nümayəndəsi əlavə edib.Qeyd olunub ki, Misir Prezidentinin göstərişinə əsasən Miqrasiya naziri Nabila Makram ölkənin Beheyra əyalətində qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı layihənin növbəti mərhələsini həyata keçirir. Prezident əs-Sisi ötən ilin dekabrında Şarm əl-Şeyxdə keçirilən Dünya Gənclər Forumunun bağlanış mərasimində Beynəlxalq İnsan Haqları Şurasının da bu sahədə Misirin səylərinə verdiyi yüksək qiyməti vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Qahirə bu məsələdə Avropa İttifaqından heç bir yardım almayıb və bütün işləri öz vəsaiti hesabına görüb.xeber100.com

Hava limanlarında sərnişin və yük təyyarələrinin uçuşları bərpa olunub

Çində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Hubey vilayətində fəaliyyəti dayanmış hava limanlarında sərnişin və yük təyyarələrinin uçuşları bərpa olunub.Azərtac xəbər verir ki, vilayətin inzibati mərkəzi olan Uxan şəhəri istisna olmaqla vilayət ərazisindəki hava limanları 2 aylıq fasilədən sonra martın 29-da normal fəaliyyətə başlayıb. İlk uçuş "Fuzhou Airlines" şirkətinə məxsus təyyarənin 64 sərnişinlə İçan şəhəri hava limanından qalxaraq Fucou istiqamətində yola düşməsi olub.Çin Mülki Aviasiya Administrasiyasının məlumatına əsasən, uçuşlardan əvvəl hava limanları dezinfeksiya olunub, işçilərə isə xüsusi təlim keçirilib. Hava limanlarında sərnişinlərin bədən hərarətini ölçən termal kameralar quraşdırılıb. COVID-19 infeksiyasının əlamətləri olan sərnişinlərin izolyasiyası üçün xüsusi məntəqələr də hazırlanıb.Qeyd edək ki, dekabrın son günlərində Uxan şəhərində aşkarlanan COVID-19 infeksiyasının sürətlə yayılması ilə əlaqədar yanvarın 24-də Uxan ilə yanaşı Hubey vilayətinin bir neçə şəhərində xüsusi karantin rejimi tətbiqinə başlanılmışdı. Karantin rejimi ilə əlaqədar həmin şəhərlərdən kənara bütün nəqliyyatın hərəkəti dayandırılmışdı. Son günlər ölkədə, o cümlədən virusun ən çox yayıldığı Hubey vilayətində epidemioloji vəziyyətin yaxşılaşması nəticəsində karantin rejiminin aradan qaldırılması mülki aviasiyanın fəaliyyətinin bərpasına da imkan yaradıb. Martın 25-dən başlayaraq Uxan şəhəri istisna olmaqla Hubey vilayətindən kənara və əks istiqamətdə nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Uxanda isə şəhərdaxili ictimai nəqliyyatın hərəkəti bərpa olunub.xeber100.com  

Mart 29, 2020 23:04

Yaponiya Xarici İşlər Nazirliyinin məlumatı əsasında…

G7 ölkələrinin Xarici İşlər nazirləri yeni koronavirusa qarşı mübarizədə səylərin birləşdirilməsi barədə razılığa gəliblər.Yaponiya Xarici İşlər Nazirliyindən Azərtac-ın bu ölkədəki müxbir məntəqəsinə verilən məlumata görə, bu barədə razılaşma martın 25-də axşam saatlarında keçirilən telekonfrans zamanı əldə edilib.Qeyd edək ki, G7 ölkələrinin Xarici İşlər nazirlərinin görüşü ABŞ-da baş tutmalı idi, lakin pandemiya təhlükəsinə görə iclas videokonfrans şəklində keçirilib.Bildirilir ki, nazirlər antivirus tədbirləri ilə bağlı əldə olunan təcrübənin mübadiləsi, sərhəd nəzarətinin təşkili, dərman və vaksinlərin birlikdə hazırlanması barədə razılığa gəliblər.Onlar, həmçinin yeni koronovirusun yayıldığı inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi təşəbbüsü ilə çıxış edəcəklərini də bildiriblər.Yaponiyanın Xarici İşlər naziri Toşimitsu Moteqi Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının bir il müddətinə təxirə salınması məsələsinə toxunaraq, yarışların tam tərkibdə təşkilinin zəruriliyini vurğulayıb. Digər iştirakçılar bununla razılaşdıqlarını bildiriblər.Telekonfrans zamanı Şimali Koreyanın bu günlərdə keçirdiyi ballistik raket sınaqları məsələsinə də toxunulub. Qeyd edilib ki, beynəlxalq ictimaiyyət bu sınaqlarla barışa bilməz. Həmin ölkənin nüvə silahının ləğvi istiqamətində səylərin davam etdirilməsi barədə də razılıq əldə olunub.Qeyd edək ki, bu, G7 ölkələrinin Xarici İşlər nazirlərinin telekonfrans formatında keçirilən ilk görüşü olub.

Mart 26, 2020 20:59

Avstraliyanın paytaxtında fövqəladə vəziyyət elan edilib

Avstraliyanın Kanberra şəhəri administrasiyası və Viktoriya ştatının hökumət orqanları yeni koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 16-dan bu ərazilərdə fövqəladə vəziyyət elan ediblər.Azərtac xəbər verir ki, bu barədə ABC yayım korporasiyası məlumat yayıb.Məlumatda qeyd edilir ki, Viktoriya ştatında fövqəladə vəziyyət hələlik dörd həftə müddətinə tətbiq ediləcək. Regionun Baş Naziri Daniel Endryus bəyan edib ki, fövqəladə vəziyyət ona ehtiyac duyulan dövrədək davam edəcək. Bununla əlaqədar atılacaq addımlar çərçivəsində ştatın hökuməti 500-dən çox iştirakçının qatıldığı tədbirləri ləğv etmək, yeni gələnləri 14 gün müddətinə karantinə yerləşdirmək hüququna malikdir.Viktoriya ştatının ardınca Kanberra hökumətinin başçısı Endryu Barr da paytaxt ərazisində bir həftəlik fövqəladə vəziyyət elan olunduğunu bəyan edib.Xatırladaq ki, Avstraliyanın hakimiyyət orqanları yeni koronavirusun yayılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görüb. Martın 16-dan başlayaraq, bu ölkəyə yeni gələnlərin hamısı 14 günlük müddətə özünü cəmiyyətdən təcrid etməlidir. Avstraliyada bu günədək 250 yeni koronavirusa yoluxma halı qeydə alınıb. İndiyədək 23 nəfərin həmin xəstəlikdən sağaldığı, lakin 3 nəfərin vəfat etdiyi bildirilir. Hazırda Avstraliya sərhədləri Çin, Cənubi Koreya və İrandan gələnlər üçün bağlıdır.xeber100.com

Mart 16, 2020 09:37