Beynəlxalq Olimpiya Komitəsinin məlumatına görə…

21 May 2020 10:25

Xəbər 32 dəfə oxunub

Tokioda təşkil ediləcək Olimpiya Oyunlarını 2021-ci ilin yayında keçirmək mümkün olmasa, çox güman ki, bu yarışlar ləğv ediləcək.Azərtac Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax BBC-yə müsahibəsində bildirib.Xatırladaq ki, Tokio Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə, yarışların vaxtı dəyişdirilərək 2021-ci il iyulun 23-dən avqustun 8-dək təyin edilib.T.Bax bildirib ki, Yaponiyanın Baş Naziri Şinzo Abe onunla söhbətində gələn ilin Oyunların keçirilməsi üçün son müddət olduğunu bildirib. BOK prezidenti deyib: “Başa düşürəm ki, yarışların vaxtını daim dəyişmək və Oyunların təşkilat komitəsi üçün bir neçə min insanı işə götürmək mümkün deyil. Həmçinin hər il bütün dünya üzrə beynəlxalq federasiyaların cədvəlini dəyişmək də olmaz, axı idmançılar üçün müəyyənlik olmalıdır. Biz müxtəlif ssenarilərə hazır olmalıyıq və ümid edirəm ki, Oyunlar gələn ilin iyulunda baş tutacaq. Çox güman ki, təhlükəsizliyin təmin olunması üçün əlavə tədbirlərə, idmançılar və digər iştirakçılar üçün karantinə ehtiyac olacaq”.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24