Beynəlxalq Olimpiya Komitəsinin sessiyası öz işini davam etdirir

21 İyul 2020 18:14

Xəbər 130 dəfə oxunub

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 136-cı sessiyası işini davam etdirir. Beynəlxalq qurumun prezidenti Tomas Baxın sədrliyi ilə onlayn qaydada keçirilən sessiya iyulun 22-dək davam edəcək.Azərtac BOK-un saytına istinadla xəbər verir ki, sessiyanın növbəti iclasında istefaya göndərilən vitse-prezidentlər Uğur Erdener, sabiq prezident Xuan Antoni Samaranç və İcraiyyə Şurasının üzvü Sergey Bubka da iştirak ediblər.BOK-un vitse-prezidentləri vəzifəsinə iki nəfərin – Con Koutsun (Avstraliya ) və Mianq Hiqin (Sinqapur) namizədliyi irəli sürülüb. İxtisasca vəkil olan Con Kouts beynəlxalq Olimpiya hərəkatında kifayət qədər tanınmış simadır və 2011-ci ildən Beynəlxalq İdman Arbitrajı Məhkəməsinə sədrlik edir. O həm də “Tokio-2020” Olimpiya Oyunları üzrə BOK-un Koordinasiya Komissiyasının sədri vəzifəsini yerinə yetirir.Sessiyada beynəlxalq quruma prezident seçkiləri ilə bağlı da müzakirələr aparılıb. Beynəlxalq Olimpiya Komitəsinə prezident seçkiləri 2021-ci ildə BOK-un 137-ci sessiyasında keçiriləcək. BOK-un hazırkı prezidenti Tomas Bax İcraiyyə Şurasının üzvləri etimad göstərəcəkləri halda quruma yenidən rəhbərlik etməyə hazı olduğunu bildirib.xeber100.com