Beynəlxalq Şahmat Federasiyası püşkatmanın nəticələrini dərc edib

11 Avqust 2019 18:08

Xəbər 62 dəfə oxunub

Beynəlxalq Şahmat Federasiyası dünya kuboku yarışlarında püşkatmanın nəticələrini dərc edib.Milli.Az bildirir ki, Xantı-Mansiyskdə 128 şahmatçının, o cümlədən Azərbaycanın 5 şahmatçısının qatılacağı nüfuzlu yarışda ilk rəqiblər məlum olub.Birinci turda Şəhriyar Məmmədyarov madaqaskarlı Antenaina Rakotomaharo, Teymur Rəcəbov farerli Helci Deam Ziska, Arkadi Naydiç almaniyalı Niklas Huşenbert, Eltac Səfərli ameriaklı Sem Şankland, Nicat Abbasov polşalı Kasper Piorunla mübarizə aparacaqlar.Dünya kuboku iddiaçılar turnirinə vəsiqə xarakteri daşıyır. Yarışın finalçıları dünya çempionu Maqnus Karlsenə qarşı matçda iştirak etmək üçün şans qazanacaqlar.Şahmatçılarımız Ş.Məmmədyarov və T.Rəcəbovun iddiaçılar turnirinə FIDE-nin Qran-priləri vasitəsilə də vəsiqə əldə etmək imkanları var. Ümumiyyətlə, hər iki şahmatçımızın iddiaçılar turnirinə düşməsi üçün dünya kuboku daha bir şansdır. Sentyabrın 9-da start götürəcək turnirin ümumi mükafat fondu 1 milyon 600 min ABŞ dollarıdır. Turnirin qalibi 110 min dollar mükafat alacaq.xeber100.com

İngiltərə Premyer Liqasının 15-ci turuna yekun vurulub

Dekabrın 5-də İngiltərə Premyer Liqasının 15-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı “Emirates” stadionunda qeydə alınıb. “Arsenal” öz meydanında “Brayton” komandasına məğlub olub – 1:2. Bu məğlubiyyətdən sonra “Arsenal” 7 oyunda Premyer Liqada qələbəyə həsrətdir.Turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda oynanılıb. Çempionluğa iki iddialı klub Mançester Yunayted” və “Tottenhem” üzləşib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Mançester təmsilçisinin heyətində Markus Reşford (2), londonluların isə Delli Alli fərqləniblər.Turnir cədvəlinin hazırkı lideri “Liverpul” öz meydanında “Everton” komandasını 4:2, “Mançester Siti” isə səfərdə “Börnli”ni 4:1 hesabı ilə məğlub edib.Yeddi oyunu məğlubiyyətsiz başa vuran və turnir cədvəlində ikinci pillədə olan “Lester Siti” isə yenidən qələbə qazanıb. Bu dəfə komanda öz meydanında “Votford” klubunun qapısından iki cavabsız top keçirib.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Kristal Palas” - “Bormunt” - 1:0; “Çelsi” - “Aston Villa” - 2:1; “Southemton” - “Norviç Siti” - 2:1; “Şeffild Yunayted” – “Nyukasl Yunayted” – 0:2; “Volverhemton” - “Vest Ham Yunayted” - 2:0.xeber100.com

Dekabr 6, 2019 14:20

Azərbaycan Güləş Federasiyasının məlumatı əsasında

Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə ALROSA Kuboku keçirilib.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, ənənəvi yarışda sərbəst güləş yığmamızın üzvləri ölkəmizi təmsil edib. İki gün davam edən turnirdə baş məşqçi əvəzi Zəlimxan Hüseynovun rəhbərliyi ilə Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (86 kq) və Şərif Şərifov (97 kq) mübarizə aparıb.Noyabrın 29-da olimpiya çəkiləri üzrə fərdi mübarizəyə start verilib. Ancaq ən yüngül çəkidə cəmi iki iştirakçı olduğundan bu kateqoriyada fərdi yarış keçirilməyib. Həmin gün Şərif Şərifov (97 kq) iranlı Məhəmməd Məhəmmədi üzərində əzmkar qələbə qazanıb - 5:4. Hacı Əliyev (65 kq) İkinci Avropa Oyunlarının finalında məğlub etdiyi gürcü Vladimir Xinceqavilini növbəti dəfə üstələyib - 7:3. Beləliklə, hər iki güləşçimiz ertəsi gün Rusiya və dünya yığması qarşılaşmasında iştirak etmək hüququ əldə edib.Hacımurad Hacıyev (74 kq) yarışda ilk görüşdə gürcü Avtandil Kençadzeyə (2:12), Cəbrayıl Həsənov (86 kq) isə rusiyalı Məhəmməd Ramazanova (1:4) uduzub. Ancaq yığma üzvləri bürünc medal qazanıb. Axşam seansında H.Hacıyev kubalı Kabalyero Qarzondan (7:2), C.Həsənov isə moldovalı Petr Yanulovdan (3:0) güclü olub.Noyabrın 30-da həlledici qarşılaşmalar keçirilib. H.Hacıyev son Avropa çempionatında məğlub etdiyi rusiyalı Naçın Kuulara növbəti dəfə qalib gəlib. İdmançımız son saniyələrdə icra etdiyi uğurlu fəndlə 5:4 hesablı qələbəyə sevinib. G.Edişeraşvili yerli idmançı Ramiz Həmzətova (4:7), Ş.Şərifov isə Rusiyanın digər təmsilçisi Əlixan Cəbrayılova (2:5) məğlub olub.xeber100.com

Noyabr 30, 2019 19:51

UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda

Noyabrın 28-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, gün ərzində aşağıdakı hesablar qeydə alınıb: A qrupu: “Sevilya” (İspaniya) – “QARABAĞ” (Azərbaycan) - 2:0; “Düdelanj” (Lüksemburq) - APOEL (Kipr) - 0:2. B qrupu: “Luqano” (İsveçrə) – “Kopenhagen” (Danimarka) - 0:1; “Malmö” (İsveç) – “Dinamo” (Kiyev, Ukrayna) - 4:3. C qrupu: “Trabzonspor” (Türkiyə) – “Xetafe” (İspaniya) - 0:1; “Krasnodar” (Rusiya) – “Bazel” (İsveçrə) - 1:0. D qrupu: “Rusenborq” (Norveç) - LASK (Avstriya) - 1:2; “Sportinq” (Portuqaliya) - PSV (Hollandiya) - 4:0. E qrupu: “Latsio” (İtaliya) – “ÇFR Kluj” (Rumıniya) - 1:0; “Seltik” (Şotlandiya) – “Renn” (Fransa) - 3:1. F qrupu: “Gimaraynş” (Portuqaliya) – “Standard” (Belçika) - 1:1; “Arsenal” (İngiltərə) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 1:2. G qrupu: “Feyenoord” (Hollandiya) – “Qlazqo Reyncers” (Şotlandiya); “Yanq Boyz” (İsveçrə) – “Portu” (Portuqaliya). H qrupu: “Ferentsvaroş” (Macarıstan) – “Espanyol” (İspaniya) - 2:2; MOİK (Moskva, Rusiya) – “Lüdoqorets” (Bolqarıstan) - 1:1. I qrupu: “Aleksandriya” (Ukrayna) – “Volfsburq” (Almaniya) - 0:1; “Sent-Etyen” (Fransa) – “Gent” (Belçika) - 0:0. J qrupu: “Volfsberq” (Avstriya) – “Borussiya” (Mönxenqladbax, Almaniya) - 0:1; “Başakşehir” (Türkiyə) - “Roma” (İtaliya) - 0:3. K qrupu: “Braqa” (Portuqaliya) – “Vulverhempton” (İngiltərə) - 3:3; “Beşiktaş” (Türkiyə) – “Slovan” (Bratislava, Slovakiya) - 2:1. L qrupu: “Astana” (Qazaxıstan) – “Mançester Yunayted” (İngiltərə) - 2:1; “AZ Alkmar” (Hollandiya) – “Partizan” (Serbiya) - 2:2.xeber100.com

Noyabr 29, 2019 13:07