Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə…

3 İyul 2020 13:48

Xəbər 539 dəfə oxunub

İyulun 3-də Beynəlxalq Şahmat Federasiyasının təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women’s Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin ikinci mərhələsinin yarımfinal yarışları keçiriləcək.Azərtac xəbər verir ki, yarımfinal görüşlərində rusiyalı şahmatçı Yekaterina Laqno həmyerlisi Valentina Qunina, Anna Uşenina (Ukrayna) Sarasadat Hademalşarieh (İran) ilə mübarizə aparacaqlar.Yarışın səkkizdəbir final mərhələsində Azərbaycan şahmatçısı Günay Məmmədzadə H.Yifana məğlub olaraq mübarizəni dayandırıb.Təmsilçimiz iyulun 8-də start götürəcək Qran-Prinin üçüncü mərhələsində də iştirak edəcək.Qran-Pri dörd mərhələ üzrə keçiriləcək və 21 şahmatçının hər biri üç mərhələdə iştirak edəcək. Mərhələ yarışlarında ən çox xal toplayan şahmatçılar superfinala vəsiqə qazanacaqlar. Superfinal iyulun 20-də baş tutacaq.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsində

İyulun 5-də UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin növbəti iki oyunu keçirilib.Azərtac xəbər verir ki, "Mançester Yunayted" Avstriyada 5:0 hesabı ilə qalib gəldiyi LASK klubunu evdə də məğlub edib - 2:1. Hesabı 55-ci dəqiqədə qonaq komandadan Filip Vizinger açsa da, 2 dəqiqə sonra Cessi Linqard bərabərliyi təmin edib. Oyunun 88-ci dəqiqəsində isə Antoni Marsyal qələbə topunu vurub.Mançester təmsilçisi dörddəbir finala vəsiqə qazanıb.Günün digər oyununda "İnter" neytral meydanda - Almaniyanın Gelzenkirxen şəhərindəki "AufŞalke Arena"da İspaniyanın "Xetafe" klubunun üzərində inamlı qələbə qazanıb - 2:0. Hesabı 33-cü dəqiqədə Romelu Lukaku açıb. Matçın 83-cü dəqiqəsində isə Kristian Eriksen meydana daxil olduqdan bir dəqiqə sonra yekun nəticəni müəyyənləşdirib.Qeyd edək ki, UEFA “İnter” - “Xetafe” və “Sevilya” - “Roma” oyunlarında qalibi bir oyunda müəyyən etmək üçün qərar qəbul edib.Dörddəbir finalda "Mançester Yunayted" Danimarka "Kopenhagen"i ilə üz-üzə gələcək. "İnter" isə "Reyncers" (Şotlandiya) - "Bayer" (Almaniya) cütünün qalibi ilə görüşəcək.Xatırladaq ki, daha əvvəl "Kopenhagen" Türkiyə çempionu "Başakşehir"i iki oyunun yekununda mübarizədən kənarlaşdırıb - 0:1, 3:0. Ukraynanın “Şaxtyor" klubu isə Almaniyanın "Volfsburq" komandasından üstün olub - 3:1, 3:0. "Şaxtyor" dörddəbir finalda "Ayntraxt" (Almaniya) - "Bazel" (İsveçrə) cütünün qalibi ilə qarşılaşacaq.xeber100.com

Avqust 6, 2020 11:25