Beynəlxalq Velosipedçilər İttifaqı veloyürüşün vaxtında dəyişiklik edib

29 İyul 2020 15:52

Xəbər 514 dəfə oxunub

Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) nüfuzlu “Tour de France” çoxgünlük veloyürüşünün keçirilmə vaxtında dəyişiklik edib. Belə ki, yarış 2021-ci il iyunun 26-dan iyulun 18-dək keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə UCI-nin mətbuat xidməti məlumat yayıb. Təqvimə görə, mötəbər yarış 2020-ci il iyunun 26-dən iyulun 18-dək təşkil olunmalı idi. Lakin koronavirus pandemiyasına görə payıza – avqustun 29-dan sentyabrın 20-dək təxirə salınmışdı.“Tour de France” 1903-cü ildən keçirilir və “Giro d’Italiya” və “Vuelta” ilə yanaşı ən nüfuzlu velosiped yarışlarından biridir.xeber100.com