Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən…

9 İyul 2019 16:57

Xəbər 76 dəfə oxunub

BMT-nin hesabatında qeyd olunub ki, dünyada cinayətlər nəticəsində ölənlərin sayı silahlı münaqişə zonalarında həlak olanlardan çoxdur. Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, tədqiqatlar təkcə 2017-ci ildə 464 min nəfərin qətllə nəticələnən cinayətlərin qurbanı olduğu bildirilir. Bu, silahlı münaqişələrdə həlak olanların sayından beş dəfə çoxdur.BMT-nin Narkotiklər və Cinayətlərlə Mübarizə Ofisinin (UNODC) hazırladığı hesabata görə, bu cinayətlərin törədildiyi ən təhlükəli region Mərkəzi Amerikadır. Burada hər 100 min nəfərə 62,1 qətl törədilib.BMT Qətl Cinayətlərinin Tədqiqi Agentliyinin 2019-cu il üçün hesabatında isə bildirilir ki, qətllərin ən az olduğu təhlükəsiz region Asiya, Avropa və Okeaniyadır. Hər 100 min nəfərə 13 qətl düşən Afrikada vəziyyət Amerikadan yaxşıdır (17 qətl). İnsanların qətlinin beşdəbiri mütəşəkkil cinayətkar qrupların payına düşür. Qeyd olunur ki, bu qrupların pozucu fəaliyyəti ölkələrdə sabitliyi pozur, sosial-iqtisadi inkişafa mane olur və qanunların aliliyini arxa plana keçirir. Bundan başqa, 41 ölkədə aparılan araşdırmalar göstərib ki, qətl törədənlərin əksəriyyəti, habelə onların qurbanlarının çoxu kişilərdir. Qətl qurbanlarının və onları törədənlərin arasında 15-29 yaş arasında olanlar üstünlük təşkil edirlər. Məsələn, Amerikada öldürülənlərin 40 faizi 18-19 yaşlı gənclərdir. Hesabatda korrupsiya, insan alveri və narkotik maddələrin qeyri-leqal dövriyyəsinin də bu cinayətlərin sayını artırdığı vurğulanır.UNODC-nın tədqiqatları göstərir ki, qətl cinayətlərinin sayı 1992-ci ildəki 400 mindən 2017-ci ildə 460 minə çatıb.xeber100.com

Nüvə reaktorunun inşası müzakirə ediləcək

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.xeber100.com

Sentyabr 14, 2019 22:17