Blits və rapid növləri üzrə 53-cü beynəlxalq festivalı davam edir

25 İyul 2020 19:35

Xəbər 378 dəfə oxunub

İsveçrənin Bil şəhərində şahmatın klassik, blits və rapid növləri üzrə 53-cü beynəlxalq festivalı davam edir.Azərtac xəbər verir ki, iyulun 24-də Azərbaycan təmsilçisi Arkadi Naydiçin də mübarizə apardığı klassik şahmat üzrə turnirin dördüncü turunun oyunları keçirilib. A.Naydiç növbəti turda polşalı Radoslav Voytaşekə məğlub olub.Hazırda təmsilçimiz ümumi nəticədə 10,5 xalla beşinci sırada qərarlaşıb. Onun rəqibi olan polşalı şahmatçı isə 20,5 xalla liderdir.Klassik şahmat yarışı iyulun 29-dək davam edəcək. Blits turniri isə iyulun 25-də təşkil olunacaq.xeber100.com