BMT Təhlükəsizlik Şurasının 74-cü sessiyasında

19 Sentyabr 2019 14:14

Xəbər 126 dəfə oxunub

İran Prezidenti Həsən Ruhaninin BMT Təhlükəsizlik Şurasının 74-cü sessiyasında iştirakı təxirə düşə bilər.Azərtac xəbər verir ki, İran tərəfinin müraciətinə baxmayaraq, Prezident Həsən Ruhaniyə, Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə və nümayəndə heyətinin digər üzvlərinə viza verilməyib.Xatırladaq ki, sentyabrın 17-dən Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının 74-cü sessiyası keçirilir.Qeyd edək ki, İran ilə ABŞ arasında diplomatik əlaqə olmadığı üçün razılaşmaya əsasən bu missiyanı İsveçrənin İrandakı və ABŞ-dakı səfirlikləri yerinə yetirir. İran tərəfi viza ilə bağlı İsveçrənin səfirliyinə müraciət edib. Lakin səfirlik müraciəti ABŞ hökumətinə çatdırsa da, hələlik cavab almayıb.İranın Xarici İşlər Nazirliyi hesab edir ki, Vaşinqtonun BMT-nin tədbirində iştirak etmək istəyən rəsmi şəxslərə ABŞ ərazisinə daxil olmaq üçün viza verməməsi beynəlxalq qanunlara ziddir.xeber100.com

“Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək

dekabrın 9-da Parisdə “Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək. Donbas münaqişəsindən sonra yaradılan “Normand formatı” liderlərinin görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Lakin görüş zamanı aparılan müzakirələr nəticəsiz qalıb, Rusiya və Ukraynanın heç biri güzəştə getməyib. 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand formatı”na böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra “Minsk-2” razılaşması əldə edilib. Azərtac xəbər verir ki, ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.Bu gün isə dünya liderlərini ümidləndirən fərqli bir vəziyyət yaranıb. Ukraynada Vladimir Zelenski hakimiyyətə gələndən sonra Kiyev və Moskva arasında birbaşa dialoq qurulub. Qısa müddətdə böyük tərkibdə əsir və girovların dəyişdirilməsi baş tutub, Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair razılaşma əldə olunub, Donbas münaqişəsinin həlli istiqamətində təkliflər irəli sürülüb. Bu baxımdan dekabrın 9-da Fransa paytaxtındakı Yelisey sarayında təşkil olunacaq “Normand dördlüyü”nün liderlərinin sammitini adi protokol görüşü adlandırmaq sadəlövhlük olardı. Artıq tərəflər öz mövqeyini və müzakirə olunacaq məsələlərin anonsunu da verib. Vladimir Zelenski bəyan edib ki, görüşdə müzakirələr yalnız Ukraynanın milli maraqları çərçivəsində aparıla bilər. Müzakirələrdə əsas mövzular Yeni ilədək əsir və girovların növbəti dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi olacaq. Rəsmi Kiyev hesab edir ki, ilk növbədə, silahlı qruplaşmalar ərazidən çıxarılmalı, Kiyev Rusiya ilə sərhəddə nəzarəti bərpa etməli və bundan sonra Ukrayna qanunvericiliyinə uyğun seçki keçirilməlidir.xeber100.com

Dekabr 8, 2019 14:51