Boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir

16 Mart 2020 09:15

Xəbər 38 dəfə oxunub

Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, boksçularımızdan Cavid Çələbiyev (63 kiloqram) debütdə Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. Onaltıdabir final mərhələsi çərçivəsində baş tutan görüş gərgin alınıb. Qarşılaşma 4:1 hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb.C.Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.Digər boksçumuz Rauf Rəhimov (91 kiloqram) Mücahit İlyasla (Türkiyə) qarşılaşıb və məğlubiyyətə üzülüb.xeber100.com