Boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb

20 Noyabr 2019 14:04

Xəbər 39 dəfə oxunub

Yeniyetmə boksçular arasında keçirilən açıq Bakı birinciliyi başa çatıb.Azərtac Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda 138 idmançı gücünü sınayıb.Beş gün davam edən yarışın yekununda ən güclülərin adları müəyyənləşib. 2004-2005-ci il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə Möhsün Həsənzadə (44 kq), Nihat Qurbanlı (46 kq), Mətin Məmmədov (48 kq), Tural Sarıyev (50 kq), Kamil Babayev (52 kq), Səid Abdullayev (54 kq), Tacı Tağızadə (57 kq), Sənan Hətəmov (60 kq), Asif Hüseynov (63 kq), Nicat Qurbanov (66 kq), Ənvər Babayev (70 kq), Murad Məhərrəmov (75 kq), Rəmiş Cəfərov (80 kq) və Rəşid Məmmədov (80 kq-dan yuxarı) birinci olublar.Qaliblərə Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunub.xeber100.com

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20