Böyük Britaniya parlamenti fəaliyyətini dayandırıb

28 Avqust 2019 14:37

Xəbər 64 dəfə oxunub

Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentin fəaliyyətinin oktyabrın 14-nə qədər dayandırıldığını bildirib.Sky News telekanalına istinadla xəbər verir ki, Birləşmiş Krallığın hökumət başçısı parlament iclasının təxirə salınmasının İcmalar Palatası deputatlarının ölkənin Avropa İttifaqından sazişsiz çıxmasını blok etmələrinə mane olmaq üçün təşkil olunduğu barədə yayılan məlumatları təkzib edib.“Biz daxili gündəliyimizi reallaşdırmalıyıq və məhz bu səbəbdən kraliçanın taxt nitqinin oktyabrın 14-də baş tutacağını elan edirik”, – Boris Conson telekanalın efirində belə deyib.xeber100.com

BMT Baş Assambleyası 74-cü sessiyasının ilk plenar iclası keçiriləcək

Sentyabrın 24-də Nyu-Yorkda dünya ölkələri liderlərinin iştirakı ilə BMT Baş Assambleyası 74-cü sessiyasının ilk plenar iclası keçiriləcək.Azərtac təşkilatın saytına istinadla xəbər verir ki, BMT Baş Assambleyası 74-cü sessiyasının sədri Ticani Məhəmməd-Bəndə ölkələr arasında etimadsızlığı azaltmağa çağırıb. O deyib: “Gələn il biz Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 75 illik yubileyini qeyd edəcəyik. Bu münasibətlə qarşımızda ölkələr arasında etimadsızlığı azaltmaq istiqamətində unikal imkan meydana çıxıb. Bizim hamımızın eyni hədəflərimiz var və bu səbəbdən birgə fəaliyyət göstərməkdən başqa yolumuz yoxdur. Qurucu atalarımızın ideyalarını həyata keçirmək üçün təşkilatda biganəliyə və qətiyyətsizliyə son qoymalıyıq”.BMT-nin Baş Assambleyası təşkilatın yeganə orqanıdır ki, burada hər bir üzv dövlət bərabər təmsilçiliyə malikdir. Məşvərətçi orqan olan Baş Assambleyada mühüm məsələlər üzrə - sülh və təhlükəsizliyə dair tövsiyələr, Təhlükəsizlik Şurasının üzvlərinin seçilməsi qərarları üçdəiki səs çoxluğu ilə, digərləri isə sadə səs çoxluğu ilə qəbul edilir. Assambleyada hər bir dövlət bir səsə malikdir, BMT-yə üzvlük haqqını ödəməyən dövlətlərə də səsvermədə iştirak etmək hüququ verilə bilər.Bundan əvvəlki – Baş Assambleyanın 73-cü sessiyasının sədri Mariya Fernanda Espinosa olub.xeber100.com

Sentyabr 21, 2019 19:22

Nüvə reaktorunun inşası müzakirə ediləcək

Sentyabrın 14-də ABŞ-ın Enerji naziri Rik Perri ilə Səudiyyə Ərəbistanın yeni Enerji naziri, şahzadə Əbdüləziz bin Salman arasında Krallığın ərazisində nüvə reaktorunun inşasının müzakirə edilməsi gözlənilirdi. Lakin ABŞ rəsmiləri bu gün bəyan ediblər ki, görüş Beynəlxalq Atom Enerjisi Agentliyinin gələn həftə Vyanada keçiriləcək iclası çərçivəsində baş tutacaq. Rik Perri sentyabrın 14-də keçirdiyi mətbuat konfransında bəyan edib ki, səudiyyəli həmkarı ilə nüvə reaktorunun inşası məsələsini müzakirə edəcək.Azərtac CNN telekanalının saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı bugünədək uranın zənginləşdirilməsi və plutoniumun təkrar emalı üzrə tədqiqatların aparılmasına səy göstərib. Əbdüləziz bin Salman bildirib ki, onun ölkəsi bu məqsədlə xüsusi proqram hazırlayıb və ABŞ ilə müvafiq sazişin şərtlərini, habelə Amerika şirkətlərinin bu prosesdə rolunu qiymətləndirir. Ötən həftə bəyanatla çıxış edən vəliəhd şahzadə Məhəmməd bin Salman isə vurğulayıb ki, Səudiyyə Ərəbistanı nüvə silahına malik olmaq istəmir, lakin onun regiondakı rəqibi İranın bu silahı əldə edəcəyi təqdirdə həmin variantı da nəzərdən keçirəcək.İranla bağlı məsələyə toxunan Rik Perri bəyan edib ki, ABŞ İranın neft ixracına qarşı sərt sanksiyaların tətbiq edilməsini davam etdirəcək. “İran dünyanın yaxşı vətəndaşı olmağın qaydalarını yaxşı bilir, amma bugünkü davranışlarını davam etdirsə, o zaman Birləşmiş Ştatlar daha sərt və ciddi tədbirlərə əl atacaq”, -deyə amerikalı nazir əlavə edib.xeber100.com

Sentyabr 14, 2019 22:17