Böyük Britaniyada növbədənkənar seçkilərin vaxtı müəyyənləşir

28 Oktyabr 2019 14:22

Xəbər 132 dəfə oxunub

Böyük Britaniya Parlamentindəki İcmalar Palatasında Baş Nazir Boris Consonun növbədənkənar seçkilərin dekabrın 12-nə təyin olunması təklifi ilə bağlı səsvermə keçirilir.Azərtac xəbər verir ki, Leyboristlər Partiyası İngiltərənin Avropa İttifaqından (Aİ) razılaşmasız çıxmaq ehtimalının tamamilə aradan qaldırılacağı təqdirdə erkən seçkiləri dəstəkləyəcəklərini açıqlayıblar.Müxalif Milli Şotlandiya Partiyası və Liberal Demokrat Partiyası seçkilərin dekabrın 9-na təyin olunmasını təklif edirlər.Xatırladaq ki, sentyabrda Baş Nazir Boris Conson iki dəfə deputatlardan növbədənkənar seçkilərin təsdiqlənməsini istəsə də, onun tələbi rədd edilmişdi.xeber100.com

“Swedavia” şirkəti elektrik aviasiyanın inkişafı strategiyasını qəbul edib

İsveç hava limanlarının operatoru olan dövlətə məxsus "Swedavia" şirkəti elektrik aviasiyanın inkişafı strategiyasını qəbul edib.Azərtac-ın xüsusi müxbirinin aldığı məlumata əsasən, “Swedavia” şirkətində bildiriblər ki, yeni strategiyanın məqsədi İsveçdə mövcud on hava limanını elektrikli təyyarələrin istismarı və təmiri üçün hazırlamaqdan və 2025-ci ilədək ilk kommersiya elektrik aviasiya şirkətini istifadəyə verməkdən ibarətdir.İlkin addım olaraq, artıq bu ilin payız aylarında Ore-Ostersund hava limanında elektrikli təyyarələr üçün sınaq meydançasının fəaliyyətə başlanılması nəzərdə tutulur. “Swedavia” şirkəti İsveçin mərkəzində, Norveç sərhədi yaxınlığında yerləşən Ore-Ostersund hava limanının elektrikləşdirmə strategiyası üçün ideal bir başlanğıc nöqtəsi olduğuna inanır. Bütün bunları nəzərə alaraq Ore-Ostersund hava limanında artıq prototiplər və pilotsuz uçuş aparatları üçün sınaq sahəsi yaradılıb. Yeni tip təyyarələrdə sınaq uçuşlarının həyata keçirilməsi üçün sınaq sahəsinin digər tərəfi isə Norveçin Roros hava limanıdır. İki şimal hava limanı arasındakı sınaq sahəsi 2019-cu ildə başlayan Avropa Birliyinin “Yaşıl Yol” layihəsi çərçivəsində yaradılıb. “Swedavia” şirkəti həmçinin İsveç və Finlandiya arasında elektriklə çalışan təyyarələrdə uçuşların potensialını öyrənməyi planlaşdırır.Gələcəkdə “Swedavia”da İsveçin bütün 10 hava limanında elektrik təyyarələrinə xidmət göstərmək üçün infrastrukturun yaradılması planlaşdırılır.xeber100.com

Fevral 21, 2020 16:05

İranda İslam Şurası Məclisinə seçkilər keçirilir

Bu gün İranda İslam Şurası Məclisinə (parlament) seçkilər keçirilir.Azərtac İranın Daxili İşlər Nazirliyinin Milli Seçki İdarəsinə istinadla xəbər verir ki, 290 yerlik parlamentə seçilmək üçün 7157 nəfər mübarizə aparır. Ölkə üzrə 54 mindən çox seçki dairəsi yaradılıb. Seçki İdarəsinin rəhbəri Camal Orf bildirib ki, İranda 54 milyon 918 nəfərin səsvermə hüququ var. İranda 18 yaşdan yuxarı vətəndaşlar parlament seçkilərində namizədliklərini irəli sürə bilərlər. Lakin İranda fəaliyyət göstərən Konstitusiyanın Müdafiə Şurası namizədləri nəzərdən keçirərək onların seçkidə iştirakına qərar verir. Şuranın rəyi olmadan namizəd Milli Seçki İdarəsi tərəfindən qeydə alına bilməz. Səsvermə prosesinin 85 faizi elektron qaydada həyata keçirilir ki, bu da saxtakarlığın qarşısını 90 faizə qədər alır.Prezident seçkilərində olduğu kimi, parlament seçkilərində də əsas mübarizə İran siyasətinin sütununu təşkil edən iki böyük siyasi düşərgə - islahatçılar və mühafizəkarlar arasında aparılır.Budəfəki parlament seçkiləri ABŞ ilə kəskin qarşıdurma şəraitində keçirilir. İqtisadi sanksiyalar ölkədəki sosial vəziyyəti ağırlaşdırıb ki, bu da hakimiyyətdə olan islahatçılar qanadının nüfuzuna təsirsiz ötüşməyib. Buna baxmayaraq, İranda seçicilər fəallıq nümayiş etdirirlər. Artıq İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi səsvermədə iştirak edib.xeber100.com

Fevral 21, 2020 16:01

Finlandiya hökuməti uran hasilatı və emalı üçün icazə verib

Finlandiya hökuməti “Terrafame” dövlət şirkətinə uran hasilatı və emalı üçün icazə verib.Azərtac Finlandiya KİV-lərinə istinadla xəbər verir ki, Çexiya və Rumıniyada uran hasilatının və emalının dayandırılmasını elan etdiklərinə görə yeni qərarla Finlandiya Avropa İttifaqında yeganə uran istehsalçısına çevrilir.“Terrafame” şirkətinin əsas fəaliyyəti nikel və sink hasilatından ibarətdir, uran isə metal hasilatı prosesində alınan yan məhsuldur. Gələcəkdə şirkət uranı nüvə elektrik stansiyaları üçün yanacaq kimi istifadə olunan xüsusi maddəni emal edərək ixraca yönəltməyi planlaşdırır. Beləliklə, Finlandiya hökuməti tərəfindən verilən icazə ilə “Terrafame” şirkəti ildə 250 tona qədər uran istehsal edə bilər. Lakin buna baxmayaraq, faktiki istehsalın bir qədər az olacağı ehtimal edilir. Şirkət artıq Şimali Amerikaya və ya Avropanın digər ölkələrinə məhsul ixrac etmək niyyətində olduğunu da açıqlayıb. Bununla belə, “Terrafame” şirkəti bu məhsulu digər ölkələrə ixrac etmək üçün Finlandiya Xarici İşlər Nazirliyindən və Avropa Atom Enerjisi Birliyindən “Euratom” icazəsini almalıdır.Qeyd edək ki, hökumətin uranın hasilatı və emalı üçün icazənin verilməsi yerli ekoloqların narazılığına səbəb olub. Onlar bu qərarı məhkəmə və digər instansiyalarda qaldırmaq niyyətində olduqlarını elan ediblər.xeber100.com

Fevral 14, 2020 11:40

Beynəlxalq Miqrasiya Təşkilatının məlumatı əsasında…

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) bəyan edib ki, Misir hökumətinin səyləri nəticəsində bu ölkənin ərazisindən Avropaya qeyri-leqal miqrasiya tamamilə dayanıb.Azərtac “Egypttoday” portalına istinadla xəbər verir ki, təşkilatın Qahirədəki missiyasının rəhbəri Loren de Bok Misir Prezidenti Əbdülfəttah əs-Sisinin “Həyat xilas edən qayıqlar” (“Life Saving Boats”) təşəbbüsü və misirli gənclər üçün yaradılan yeni iş yerləri sayəsində bu ölkənin vətəndaşlarının Avropaya qeyri-leqal missiyasının qarşısının alındığını bildirib. Onun sözlərinə görə, IOM bu sahədə Misir hökuməti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərib. “Misir hökumətinin səyləri nəticəsində bu 2016-cı ilədək minlərlə qanunsuz miqrantı əhatə edən bu göstərici artıq sıfıra enib”, -deyə təşkilatın nümayəndəsi əlavə edib.Qeyd olunub ki, Misir Prezidentinin göstərişinə əsasən Miqrasiya naziri Nabila Makram ölkənin Beheyra əyalətində qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı layihənin növbəti mərhələsini həyata keçirir. Prezident əs-Sisi ötən ilin dekabrında Şarm əl-Şeyxdə keçirilən Dünya Gənclər Forumunun bağlanış mərasimində Beynəlxalq İnsan Haqları Şurasının da bu sahədə Misirin səylərinə verdiyi yüksək qiyməti vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Qahirə bu məsələdə Avropa İttifaqından heç bir yardım almayıb və bütün işləri öz vəsaiti hesabına görüb.xeber100.com

Yanvar 24, 2020 18:25