“Böyük dəbilqə” seriyasından final görüşləri keçiriləcək

6 Sentyabr 2019 13:46

Xəbər 52 dəfə oxunub

Sentyabrın 6-da kişilər arasında “Böyük dəbilqə” seriyasından olan ABŞ açıq birinciliyinin final görüşləri keçiriləcək.Azərtac xəbər verir ki, yarımfinalda Rafael Nadal (İspaniya) Matteo Berettini (İtaliya), Danil Medvedev (Rusiya) isə Qriqor Dimitrov (Bolqarıstan) ilə qarşılaşacaq.Rafael Nadal – Matteo Berettini görüşü Bakı vaxtı ilə saat 00:00-da, Danil Medvedev – Qriqor Dimitrov oyunu isə saat 01:30-da başlayacaq.Qeyd edək ki, ümumi mükafat fondu 57,24 milyon dollar təşkil edən turnirə sentyabrın 8-də yekun vurulacaq.xeber100.com

Şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsində

Sentyabrın 22-də Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin səkkizdəbir final mərhələsinin tay-breyk partiyaları oynanılıb.Azərtac xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov qarşılaşıblar. Tay-breyk partiyasında şahmatçılarımız dörd görüş keçiriblər. Görüşün sonunda Rəcəbov 3,5:2,5 hesabı ilə Məmmədyarovu məğlub edərək dörddəbir finala vəsiqə qazanıb. Şahmatçımızın dörddəbir final mərhələsində rəqibi ABŞ təmsilçisi Cefferi Xionq olacaq.Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com

Sentyabr 22, 2019 22:12

Güləş üzrə dünya çempionatı sona yaxınlaşır

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.Azərtac xəbər verir ki, səkkizinci yarış günündə - sentyabrın 21-də sərbəst güləş üzrə 61, 79, 86 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.Güləşçimiz Cəbrayıl Həsənov (79 kq) ukraynalı Dmitri Tkaçenko və Qazaxıstan idmançısı Qalinjan Usserbaevi məğlub edərək yarımfinala yüksəlib. Təmsilçimizin növbəti rəqibi slovakiyalı Taymuraz Salkazanov olacaq.Olimpiya çempionumuz Şərif Şərifov (97 kq) çempionata qələbə ilə başlayıb. Minvon Seoya (Koreya Respublikası) qalib gələn güləşçimiz Ukrayna təmsilçisi Valeri Andreytsevi də məğlub edərək dörddəbir finala yüksəlib. Gürcüstan idmançısı Elizbar Odikadzeni üstələyən Ş.Şərifov yarımfinala adlamaqla "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar. Qadın güləşçilərin mübarizəsində isə Mariya Stadnik (50 kq) ikiqat dünya çempionu olmaqla yanaşı, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Elis Manolova (65 kq) isə dünya çempionatını üçüncü pillədə başa vurub.Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.xeber100.com

Sentyabr 21, 2019 16:24

Güləş üzrə dünya çempionatının beşinci yarış günündə

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın beşinci yarış günündə - sentyabrın 18-də qadın güləşçilər 57, 59, 65 və 76 kiloqram çəki dərəcələrində mübarizə aparırlar.Güləşçimiz Elis Manolova (65 kq) çempionata qələbə ilə başlayıb. Hindistan güləşçisi Kaur Novjata qalib gələn təmsilçimiz dörddəbir finalda türkiyəli Kadrie Aksoyu üstələyib. Yarımfinalda güləşçimizin rəqibi Rusiya idmançısı İnna Trajukova olacaq.Çempionatda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Alyona Kolesnik yarışa inamlı start verib. İkinci hissəyə başlayan kimi uğurlu fənd icra edən təmsilçimiz Ukrayna güləşçisiİrina Çixradzeyə “tuşe” ilə qalib gəlib. Lakin növbəti mərhələdə Koreya Xalq Demokratik Respublikasından olan idmançı İn Sun Yonq ilə bacarmayıb.Digər güləşçimiz Tatyana Omelçenko (59 kq) ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığmamızın üzvü Yeni Zelandiyadan olan rəqibi Ana Paulina Mokeyavanı “tuşe” ilə məyus edib. Vyetnam təmsilçisi Ti Huonq Daoya da gücünü göstərən T.Omelçenko adını dörddəbir final mərhələsinə yazdırıb. Növbəti mərhələdə güləşçimiz Linda Moraisə (Kanada) uduzub.Səbirə Əliyeva (76 kq) ilk mərhələdə Koreya Respublikasından olan idmançı Eunyu Hvanq ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb. Ancaq həmyerlimiz səkkizdəbir finalda almaniyalı Aline Rotter Fokkerə müqavimət göstərə bilməyib.Çempionatın ikinci günündə yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.Dünya çempionatının finalına vəsiqə qazanmış Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) bu gün final görüşünə çıxacaq. Onun rəqibi rumıniyalı Emiliya Alina Vuk olacaq.Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır. “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda güləşçilər 108 Olimpiya vəsiqəsi uğrunda yarışırlar.xeber100.com

Sentyabr 18, 2019 12:40

“Tokio 2020” Yay Olimpiya Oyunlarının üçüncü günündə

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatın üçüncü günündə gimnastlar fərdi proqram üzrə gürzlər və lentlə təsnifat mərhələsində güclərini sınayırlar.Milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səfərova xalça üzərinə çıxacaqlar. Hər iki gimnastımızın çıxış edəcəyi A qrupunda M.Səfərova 24-cü, V.Qudis 26-cı, Z.Ağamirova isə 28-ci nömrə altında lentlə proqramlarını təqdim edəcəklər. Təmsilçilərimizin yer aldıqları qrupda 42 gimnast mübarizə aparacaq. Ümumilikdə fərdi proqramda çıxış edən gimnastlar dörd qrup üzrə yarışacaqlar.Sentyabrın 19-da gürzlər və lentlə təsnifat yarışları təşkil olunacaq. Eləcə də gürzlər, lentlə və komanda hesabında yarışlarda qaliblər müəyyənləşəcək. Çempionatın beşinci günündə - sentyabrın 20-də çoxnövçülük üzrə final yarışları baş tutacaq. Habelə “Prize of Elegance” mükafatının qalibi müəyyənləşəcək. Sentyabrın 21-də qrup hərəkətləri komandaları mübarizəyə qoşulacaqlar. Gimnastlar 5 top, 3 halqa və 2 cüt gürzlə yarışacaqlar. Günün sonunda çoxnövçülük üzrə qaliblər mükafatlandırılacaq. Ayın 22-də çempionata 5 top, 3 halqa və 2 cüt gürzlə final yarışları ilə yekun vurulacaq.Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına ölkəmiz 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.Altmış bir ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.Çempionatın medalları Beynəlxalq Gimnastika Federasiyasının loqosu formasında hazırlanıb.xeber100.com

Sentyabr 18, 2019 12:35

Dünya Kuboku Turnirinin ikinci partiyaları oynanılıb

Sentyabrın 17-də Xantı-Mansiyskdə Şahmat üzrə Dünya Kuboku Turnirinin onaltıdabir final mərhələsinin ikinci partiyaları oynanılıb.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov komanda yoldaşı Eltac Səfərli ilə, Teymur Rəcəbov isə rusiyalı Daniil Yuffa ilə qarşılaşmada heç-heçə edib. Ş.Məmmədyarov və T.Rəcəbov birinci partiyada qalib gəldikləri üçün səkkizdəbir final mərhələsinə vəsiqəni təmin ediblər. Azərbaycan şahmatçıları T.Rəcəbov və Ş.Məmmədyarov dünya kubokunun səkkizdəbir final mərhələsində üz-üzə gələcək.Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, bu gün isə Eltac Səfərli digər şahmatçımız Ş.Məmmədyarova məğlub olaraq mübarizəni dayandırıblar.Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com

Sentyabr 18, 2019 12:30