“Böyük dəbilqə” turnirində Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq

20 Fevral 2021 14:29

Xəbər 43 dəfə oxunub

İsrailin paytaxtı Təl-Əvivdə start götürən “Böyük dəbilqə” turnirinin üçüncü günündə Azərbaycanın 5 cüdoçusu mübarizə aparacaq.Azərtac xəbər verir ki, yarışın son günündə kişilər arasında 90 kiloqram çəkidə Məmmədəli Mehdiyev Orelyen Diss (Fransa), 100 kiloqramda Elmar Qasımov İoakim Dvarbi (İsveç), Zelim Kotsoyev Boris Georgiyev (Bolqarıstan) ilə döyüşəcəklər. Ağır çəkili cüdoçular (100 kiloqramdan yuxarı) Uşangi Kokauri Ben Spiykers (Niderland), Camal Feyziyev Serafim Kompanyes (İsrail) ilə ilk qarşılaşmalarını keçirəcəklər.Qeyd edək ki, Azərbaycan komandasının aktivində 1 medal var. Belə ki, turnirin birinci günündə cüdoçumuz Davud Məmmədsoy (60 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb. Komandamızın digər üzvü – 66 kiloqram çəki dərəcəsində çıxış edən Nicat Şıxəlizadə isə yeddinci yeri tutub.Yarışda 60 ölkədən 400-dən çox idmançı mübarizə aparır. Azərbaycan turnirə 15 idmançı ilə qatılıb.xeber100.com

UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb

Bu gün futbol üzrə UEFA Avropa Liqasında səkkizdəbir final mərhələsinin püşkü atılıb.Azərtac xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə bu raundda üz-üzə gələcək cütlüklər bəlli olub.“Qarabağ”la A qrupunda mübarizə aparmış İspaniyanın “Vilyarreal” klubu səkkizdəbir finalda Ukraynanın “Dinamo Kiyev” komandasının rəqibi olub. Mərhələnin ən maraq doğuran oyunu isə İngiltərənin “Mançester Yunayted” və İtaliyanın “Milan” klubları arasında olacaq.Püşkatmaya görə cütlüklər aşağıdakı kimi olacaq: “Ayaks” (Niderland) – “Yanq Boyz” (İsveçrə) “Dinamo” Kiyev (Ukrayna) – “Vilyarreal” (İspaniya) “Roma” (İtaliya) – “Şaxtyor Donetsk” (Ukrayna) “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) “Dinamo Zaqreb” (Xorvatiya) – “Tottenhem” (İngiltərə) “Mançester Yunayted” (İngiltərə) – “Milan” (İtaliya) “Slaviya Praqa” (Çexiya) – “Reyncers” (Şotlandiya) “Qranada” (İspaniya) – “Molde” (Norveç) Səkkizdəbir finalın ilk oyunları martın 11-də, cavab matçları isə bir həftə sonra keçiriləcək. Qarşılaşmalar Bakı vaxtı ilə saat 21:55-də və 00:00-da start götürəcək. Xatırladaq ki, UEFA Avropa Liqasının final matçı Polşanın “Leqiya” klubunun ev oyunlarını keçirdiyi Qdansk şəhərindəki “PGE Arena”da baş tutacaq.xeber100.com

Fevral 26, 2021 15:00

Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək

Kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı keçiriləcək.Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, baş məşqçi Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığmamız Avropa Olimpiya təsnifat turnirinə hazırlığı Türkiyənin Kastamonu şəhərində keçəcək.Məşqçilər korpusu toplanışda Rüfət Hüseynov, Məsud Yusifzadə (52 kq), Ümid Rüstəmov, Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev, Ruslan Rüstəmov (63 kq), Sərxan Əliyev, Lorenzo Sotomayor, Nəbi İsgəndərov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Alfonso Dominqes (81 kq), Osnay Benkoma (91 kq) və Məhəmməd Abdullayevin (+91 kq) hazırlıq səviyyəsini yoxlayacaq. Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ənənəvi “Strandja” turnirinə qatılan Türkiyə millisinin də sonradan boksçularımızla birgə məşqə qatılacağı gözlənilir.Komandamız martın 21-dək davam edəcək hazırlıq çərçivəsində beynəlxalq turnirə də qatılacaq. Yığmamızın üzvləri İstanbulda təşkil olunacaq Boğaziçi yarışında qüvvəsini sınayacaq. Bu turnir martın 16-da start götürəcək və beş gün davam edəcək. Boksçularımız Türkiyəyə fevralın 26-da yola düşəcək və martın 21-də Vətənə qayıdacaqlar.Xatırladaq ki, komandamızın heyətində hələlik Tayfur Əliyev “Tokio-2020” Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.xeber100.com

Fevral 26, 2021 14:58

UEFA Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub

Fevralın 25-də futbol üzrə UEFA Çempionlar Liqası səkkizdəbir final mərhələsinin ilk oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.Gecənin maraq doğuran görüşü İtaliyada “Atalanta” və “Real Madrid” komandaları arasında oynanılıb. Gərgin keçən görüş “Real Madrid”in minimal hesabla qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 86-cı dəqiqədə Ferlan Mendi olub.Bu matça “Atalanta” 17-ci dəqiqədə azlıqda qalıb. Oyunun baş hakimi Remo Floyleri meydandan kənarlaşdırılıb.Günün digər matçı Almaniyanın “Borussiya Mönhenqladbax” və İngiltərənin “Mançester Siti” klubları arasında keçirilib. Qarşılaşma pandemiya səbəbindən Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb. Görüş Mançester təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Bernardo Silva və Qabriel Jesus fərqləniblər.Bu komandalar arasında cavab matçları martın 17-də təşkil ediləcək.Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” komandası “Yuventus”u 2:1, “Borussiya Dortmund” klubu “Sevilya”nı 3:2, “Çelsi” səfərdə “Atletiko Madrid”i 1:0, “Bavariya” isə səfərdə “Latsio”nu 4:1 hesabı ilə məğlub edib.xeber100.com

Fevral 25, 2021 10:32

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçirilib

Fevralın 24-də futbol üzrə UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, pandemiya səbəbindən Rumıniyanın paytaxtı Buxarestdə baş tutan görüşdə İspaniya çempionatının lideri “Atletiko Madrid” klubu öz meydanında Londonun “Çelsi” klubunu qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Çelsi” minimal hesabla qələbə qazanıb. Oyunda yeganə qolun müəllifi 71-ci dəqiqədə Olivye Giru olub.Gecənin ən məhsuldar qarşılaşması İtaliyanın “Olimpiko” stadionunda qeydə alınıb. Turnirin son qalibi “Bavariya” səfərdə “Latsio” komandasının qonağı olub. Görüş Münhen təmsilçisinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1. “Bavariya”nın heyətində Robert Levandovskiy, Camal Musiala, Leroy Sane, Françesko Açerbi (avtoqol) fərqləniblər. “Latsio”nun isə yeganə qoluna Xoakin Korrea imza atıb.Bu komandaların cavab görüşü martın 18-də keçiriləcək.Qeyd edək ki, səkkizdəbir finalın əvvəlki görüşlərində “Paris Sen-Jermen” klubu “Barselona” komandasına 4:1, “Liverpul” klubu “Leyptsiq” kollektivinə 2:0, “Portu” klubu İtaliyanın “Yuventus” komandasına 2:1, “Borussiya Dortmund” klubu isə “Sevilya”ya 3:2 hesabı ilə qalib gəlib. Bu mərhələnin digər iki oyunu fevralın 24-də keçiriləcək. “Real Madrid” İtaliyada “Atalanta”, “Mançester Siti” komandası isə Budapeştdə “Borussiya Mönhenqladbax” ilə qarşılaşacaq.xeber100.com

Fevral 24, 2021 11:36