“Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib

21 Noyabr 2019 14:11

Xəbər 48 dəfə oxunub

Noyabrın 22-dən 24-dək Yaponiyanın Osaka şəhərində keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində cüdoçularımızın rəqibləri müəyyənləşib. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda Azərbaycanı 8 kişi və 5 qadın cüdoçu təmsil edəcək.Azərtac xəbər verir ki, yarışın birinci günündə kişilər arasında onaltıdabir finalda Kəramət Hüseynov (60 kq) Belarus təmsilçisi Yanislav Gerçev, Davud Məmmədsoy isə italiyalı Elios Manzi ilə qarşılaşacaqlar. Turnirdə 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Şıxəlizadə Naton Börns (İrlandiya) – Beslan Muradov (Rusiya) cütünün qalibi, Orxan Səfərov isə otuzikidəbir finalda Jülyen Fraskador ilə (Kanada) qarşılaşacaqlar.Qadınların yarışında isə onaltıdabir finalda 48 kiloqram çəki dərəcəsində Leyla Əliyeva Edna Karrillo (İtaliya), Aişə Qurbanlı Harriet Bonfeys (Malavi), 52 kiloqram çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva isə Kristina Blanaru (Moldova) ilə mübarizə aparacaqlar.“Böyük dəbilqə” turnirinin ikinci günündə onaltıdabir finalda qadınların yarışında Aleksandra-Larisa Florian (57 kq) yaponiyalı Tsukasa Yoşida, İçinxorloo Munxtsedev isə Po Sum Leunqu (Honkonq) ilə üz-üzə gələcəklər. Kişilərin mübarizəsində isə Murad Fətiyev (81 kq) otuzikidəbir finalda Vladimir Zoloyev (Qırğızıstan) ilə qarşılaşacaq.Turnirin sonuncu günündə onaltıdabir finalda 90 kiloqram çəki dərəcəsində Məmmədəli Mehdiyev Harisson Kassar (Avstraliya) – Deril Servan Yamomoto (Peru) cütünün qalibi, 100 kiloqram çəki dərəcəsində isə Elmar Qasımov Sedrik Olivar (Fransa) – Georgi Minaşkin (Estoniya) cütünün qalibini sınağa çəkəcək. Zelim Kotsoyev otuzikidəbir finalda Karl-Riçard Freylə (Almaniya) qarşılaşacaq.Qeyd edək ki, komandamızın heyətinə əvvəl Oruc Vəlizadə (60 kq), Telman Vəliyev (73 kq), Hidayət Heydərov (81 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerska (+78 kq) daxil edilsə də, sonradan heyətdən çıxarılıblar.“Böyük dəbilqə” turnirində 87 ölkədən 486 idmançı mübarizə aparacaq.xeber100.com

“Beşiktaş” futbol klubu “Kasımpaşa”nın qonağı olub

Dekabrın 8-də Türkiyə Superliqasının XIV turunda “Beşiktaş” səfərdə “Kasımpaşa”nın qonağı olub.Azərtac xəbər verir ki, oyun gərgin hücumlarla yadda qalıb. Görüşün 15-ci dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Kərim Hafiz kobud oyununa görə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Lakin buna baxmayaraq “Kasımpaşa”nın hücumçusu Mustafa Pektemek 24-cü dəqiqədə hesabı açıb. Qarşılaşmanın 39-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Caner Erkin hesaba tarazlıq gətirib. Birinci hissə elə bu hesabla bitib - 1:1. İkinci hissənin 56-cı dəqiqəsində meydan sahibləri yenidən hesabda irəli keçiblər. Benqali Fode Koita çərçivəni dəqiq nişan alıb. Lakin “Beşiktaş”ın hücumçusu Umut Nayırın 71 və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində qonaqlar məğlubiyyətdən xilas olublar. Beləliklə “Beşiktaş” səfərdə “Kasımpaşa”ya 2:3 hesabı ilə qalib gəlib.Turun digər oyunlarında “Trabzonspor” səfərdə “Antalyaspor”u 1:3 hesabı ilə üstələyib. “Konyaspor” və “Qaziantep” oyununda qapılara qol vurulmayıb.“Dənizlispor” və “Başakşəhər” matçında isə tərəflər hər biri qapılara bir qol vurublar.Superlıqanın XIV turuna “Kayserispor” – “Rizəspor” görüşü ilə yekun vurulacaq.Hazırda “Sivasspor” klubu turnir cədvəlində 30 xalla vahid liderdir. “Beşiktaş” 27 xalla ikinci, “Trabzonspor” isə 26 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Dekabr 9, 2019 12:20