Brexit prosesinin tezliklə baş tutacağı gözlənilir

14 Sentyabr 2019 20:39

Xəbər 63 dəfə oxunub

İspaniya Brexit prosesinin tezliklə baş tutacağına hazırlaşır. Bu məqsədlə təqribən 1000 nəfər yeni dövlət qulluqçusu işə qəbul edilib. İspaniyanın baş naziri səlahiyyətlərini icra edən Pedro Sançes Konqresdə çıxış edərək bildirib ki, ölkə hadisələrin hər hansı formada inkişafına, o cümlədən Böyük Britaniyanın müvafiq saziş olmadan Aİ-dən çıxmasına hazırdır.Azərtac xəbər verir ki, ispaniyalı siyasətçi Böyük Britaniyanın Baş Nazirinin “siyasi blokadaya alınması” ilə əlaqədar təəssüfləndiyini bildirib və B.Conson hökumətini kəskin tənqid edib.Brexit ilə əlaqədar İspaniyada işə qəbul edilmiş yeni qulluqçular sərhədlərə nəzarət edəcək, gömrük məsələlərini, o cümlədən ticarətə aid məsələləri, habelə İspaniyada yaşayan britaniyalıların statusunun dəyişməsi ilə əlaqədar problemləri həll edəcəklər.xeber100.com

“Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək

dekabrın 9-da Parisdə “Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək. Donbas münaqişəsindən sonra yaradılan “Normand formatı” liderlərinin görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Lakin görüş zamanı aparılan müzakirələr nəticəsiz qalıb, Rusiya və Ukraynanın heç biri güzəştə getməyib. 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand formatı”na böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra “Minsk-2” razılaşması əldə edilib. Azərtac xəbər verir ki, ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.Bu gün isə dünya liderlərini ümidləndirən fərqli bir vəziyyət yaranıb. Ukraynada Vladimir Zelenski hakimiyyətə gələndən sonra Kiyev və Moskva arasında birbaşa dialoq qurulub. Qısa müddətdə böyük tərkibdə əsir və girovların dəyişdirilməsi baş tutub, Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair razılaşma əldə olunub, Donbas münaqişəsinin həlli istiqamətində təkliflər irəli sürülüb. Bu baxımdan dekabrın 9-da Fransa paytaxtındakı Yelisey sarayında təşkil olunacaq “Normand dördlüyü”nün liderlərinin sammitini adi protokol görüşü adlandırmaq sadəlövhlük olardı. Artıq tərəflər öz mövqeyini və müzakirə olunacaq məsələlərin anonsunu da verib. Vladimir Zelenski bəyan edib ki, görüşdə müzakirələr yalnız Ukraynanın milli maraqları çərçivəsində aparıla bilər. Müzakirələrdə əsas mövzular Yeni ilədək əsir və girovların növbəti dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi olacaq. Rəsmi Kiyev hesab edir ki, ilk növbədə, silahlı qruplaşmalar ərazidən çıxarılmalı, Kiyev Rusiya ilə sərhəddə nəzarəti bərpa etməli və bundan sonra Ukrayna qanunvericiliyinə uyğun seçki keçirilməlidir.xeber100.com

Dekabr 8, 2019 14:51