“Budapest Kupa-2020” turniri start götürəcək

22 May 2020 13:17

Xəbər 42 dəfə oxunub

Mayın 22-də Macarıstanda qarışıq cütlüklər arasında tennis üzrə şou xarakterli “Budapest Kupa-2020” turniri start götürəcək.Azərtac xəbər verir ki, turnirdə 6 cütlük birincilik uğrunda mübarizə aparacaq.Turnirdə ukraynalı Sergey Staxovskiydən başqa digər idmançılar Macarıstanı təmsil edəcək. Turnirdə Timya Baboş, Fanni Ştollyar, Marton Fuçoviç və Attila Balaj kimi məşhur raketka ustaları yarışacaqlar.Yarışa mayın 24-də yekun vurulacaq.Qeyd edək ki, şou xarakterli tennis turnirləri artıq Almaniya və ABŞ-da da təşkil olunub. Yayın əvvəlində isə İspaniya və İtaliyada da keçiriləcək.xeber100.com

Formula 1 mövsümünü iki yürüşlə başlamaq planlaşdırılır

Formula 1 mövsümünü iyulun 5-də və 12-də Avstriyada iki yürüşlə başlamaq planlaşdırılır, lakin təqvimin rəsmi versiyası indiyədək təqdim edilməyib. "Liberty Media" mövsümün Avropa hissəsinin təqvimini gələn həftə açıqlamağı planlaşdırırdı, lakin Britaniya hakimiyyətinin ölkəyə gələnlər üçün tətbiq etdiyi ikihəftəlik karantinin Formula 1 üçün istisna olunması ləğv ediləndən sonra bu planlara düzəliş etmək lazım gəldi.Azərtac xəbər verir ki, çempionatın təşkilatçısı "GPFans"ın informasiyasına görə, çempionatın təşkilatçılarına Böyük Britaniya hakimiyyəti ilə razılığa gəlmək və ya rədd cavabı olduqda Silverstoun yürüşlərinin əvəzini razılaşdırmaq üçün əlavə vaxt tələb olunurdu. Bununla əlaqədar, mövsümün təqviminin yeni versiyasının açıqlanması iyunun birinci həftəsinə qədər təxirə salındı.Hesab edilir ki, Avstriya yürüşləri ilə yanaşı, Belçika və İtaliya Qran-prilərinin təçkilatçıları ilə də razılaşmalar əldə edilib. Spada və Montsada yürüşlər daha əvvəl planlaşdırıldığı kimi avqustun 30-da və sentyabrın 6-da keçiriləcək. Avropada digər yürüşlərin, habelə Asiya, Şimali və Cənubi Amerika mərhələlərinin keçirilməsi barədə danışıqlar davam etdirilir, çünki həmin regionların ölkələrində koronavirusa görə məhdudiyyətlər hələ də qüvvədədir.Bununla belə, "Liberty Media" Yaxın Şərq mövsümünü başa çatdırmağı planlaşdırır: Bəhreyn Qran-Prisi dekabrın 6-na, Əbu-Dabi Qran-Prisi dekabrın 13-nə nəzərdə tutulub.xeber100.com

May 22, 2020 13:24