Buraxılış imtahanının ikinci mərhələsi keçirilir

2 İyun 2019 13:58

Xəbər 95 dəfə oxunub

Dövlət İmtahan Mərkəzi bu gün Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının ikinci mərhələsini keçirir.Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, bu gün ümumilikdə 37670 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 90 qapalı tipli tapşırıq təqdim edilir. İmtahan 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.İmtahanda Yasamal rayonunda 2739, Binəqədi rayonunda 4413, Səbail rayonunda 1659, Xətai rayonunda 3580, Xəzər rayonunda 3044, Nərimanov rayonunda 2299, Suraxanı rayonunda 3110, Sabunçu rayonunda 4948, Nəsimi rayonunda 2269, Qaradağ rayonunda 2258, Nizami rayonunda 2496, Pirallahı rayonunda 388, Naxçıvan Muxtar Respublikasında 3461, Şirvan şəhərində 1006 nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.İmtahanların idarə olunmasına 81 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 2978 nəzarətçi‑müəllim, 265 buraxılışı təşkil edən əməkdaş, 81 bina nümayəndəsi ayrılıb.xeber100.com

Təhsil Nazirliyinin məlumatı əsasında…

Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyünə namizədlər və seçici qismində çıxış edəcək vətəndaş cəmiyyəti institutları təmsilçilərinin iyulun 22-dən başlayan qeydiyyat prosesi yekunlaşıb.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, İctimai Şuraya namizədliyə və seçici qismində iştirakla bağlı nazirliyə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) 125-dən çox müraciət daxil olub. Həmin müraciətlər Təhsil Nazirliyinin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən yoxlanılıb. Sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb.İctimai Şuraya seçkilərin keçirilmə tarixi və yeri barədə yaxın günlərdə məlumat veriləcək.Qeyd edək ki, Təhsil Nazirliyi yanında İctimai Şura Təhsil naziri Ceyhun Bayramovun 2019-cu il 11 iyul tarixli əmrinə əsasən yaradılıb. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil etmək, təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik məşvərətçi qurum olacaq.İctimai Şura üzvlüyünə namizədlərin siyahısı Təhsil Nazirliyinin saytında verilib.xeber100.com

Avqust 27, 2019 13:05

8-ci Beynəlxalq Avrasiya Konfransı keçiriləcək

Avqustun 27-30-da Bakı Dövlət Universitetində (BDU) bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı (IECMSA-2019) keçiriləcək.BDU-nun əsas tərəfdaşlığı və Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Fırat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə baş tutan konfrans bundan əvvəl Kosovo, Bosniya və Herseqovina, Avstriya, Yunanıstan, Serbiya, Macarıstan və Ukraynada təşkil olunub.BDU-dan Azərtac-a bildirilib ki, beynəlxalq konfransa 43 ölkədən 243 elmi məruzə daxil olub.Konfransın plenar iclasında Almaniyanın Bergakademie Freiberg Texniki, ABŞ-ın Mərkəzi Florida, Birləşmiş Ərəb Əmirliklərinin Şarcah Amerikan, Türkiyənin Koç, İtaliyanın Bari Aldo Moro, Avstraliya Federasiya və Bakı Dövlət universitetlərinin, o cümlədən Rumıniyanın Simion Stoilou Riyaziyyat İnstitutunun alimlərinin məruzələri dinləniləcək.Konfransın əsas məqsədi akademik fikir və son tədqiqat işlərinin mübadiləsi üçün forum təşkil etməklə riyaziyyatın müxtəlif sahələrində tədqiqat aparan elm adamlarını bir araya gətirmək, onları birgə tədqiqata təşviq etmək və həvəsləndirməkdir.Konfransda yeni nəticələr və gələcək çağırışlar, plenar, dəvətli və cari məruzələr təqdim ediləcək. Tədbirin əsas işçi dili ingilis dilidir. Konfransda təqdim olunacaq məruzələr üzrə məqalələr toplu şəklində və indekslənən jurnallarda dərc olunacaq.xeber100.com

Avqust 22, 2019 10:13