“Buta Airways” aviaşirkəti ilə uçan sərnişinlərin diqqətinə!

1 Sentyabr 2019 21:53

Xəbər 30 dəfə oxunub

Bakı-Kiyev reysini həyata keçirən “Buta Airways” aviaşirkətinə məxsus təyyarələr “Kiyev” (Julyanı) aeroportuna deyil, “Borispol” beynəlxalq hava limanına enəcək.“Kiyev” aeroportundan Azərtac-a bildiriblər ki, uçuş zolaqlarının təmiri ilə əlaqədar olaraq sentyabrın 2-dən aeroporta uçuşlar müvəqqəti dayandırılır. Bu aeroporta uçan təyyarələr şəhərdən 50-60 kilometr məsafədə yerləşən “Borispol” beynəlxalq hava limanına enəcək.Sentyabrın 12-dən isə “Kiyev” (Julyanı) aeroportu bütün şirkətlərin təyyarələrini qəbul etməyə başlayacaq.Qeyd edək ki, “Buta Airways” aviaşirkəti həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri Bakı-Kiyev-Bakı aviareysini həyata keçirir.xeber100.com

Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək

Sentyabrın 18-də Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçiriləcək.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azərtac-a bildiriblər ki, forumun keçirilməsində məqsəd Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivlərinin müzakirəsi, hər iki ölkənin bu sahədə fəaliyyət göstərən biznes qurumları arasında əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılmasıdır.Forumda Azərbaycan və Tacikistanın kənd təsərrüfatı sektoruna cavabdeh olan dövlət qurumları və biznes strukturlarının nümayəndələri, sahibkarlar iştirak edəcəklər.Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC və Tacikistan Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq forum Bakı Biznes Mərkəzində keçiriləcək.Əvvəlcə hər iki ölkənin kənd təsərrüfatının müvafiq sahələrində ixtisaslaşmış biznes strukturları tərəfindən təqdimatlar ediləcək, hər iki ölkə istehsalçılarının məhsullarından ibarət sərgi təşkil olunacaq, ikitərəfli (B2B) görüşlər keçiriləcək. Forum zamanı, hər iki ölkənin kənd təsərrüfatı məhsullarından ibarət sərgisi də təşkil olunacaq.Forumun ikinci hissəsində isə, Tacikistandan gəlmiş qonaqların Quba və Xaçmaz rayonlarına səfəri nəzərdə tutulur. Qonaqlar əvvəlcə Bakı Yağ Emalı Fabriki, daha sonra Xaçmaz Konserv Zavodu və Quba “ABAD Factory” İstehsalat Kompleksini ziyarət edəcək, müəssisələrin iş prosesi ilə yaxından tanış olacaqlar.xeber100.com

Sentyabr 14, 2019 20:23

IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019″

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi “AzerTelecom” şirkəti sentyabrın 19-da Bakıda keçiriləcək IX Beynəlxalq “Caspian Energy Forum Baku – 2019” tədbirinə tərəfdaş qismində dəstək verir. Bu barədə şirkətdən verilən məlumatda qeyd olunub.“AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev bildirib ki, şirkət uzun illərdir “Caspian European Club”u dəstəkləyir və təşkilatla sıx əlaqələrə sahibdir.“Sayca 9-cu olaraq keçiriləcək “Beynəlxalq Caspian Energy Forum Baku-2019” tədbirinin tərəfdaşı olmaqdan məmnunuq. Forum dövlət və özəl sektor, həmçinin beynəlxalq və regional təşkilatlardan olan çoxsaylı nümayəndələri bir araya gətirəcək. Əminik ki, forum ən müxtəlif sahələrdə faydalı fikir mübadiləsinin, müzakirələrin aparılması və yeni biznes əlaqələrinin qurulmasına öz töhfəsini verəcək”, - deyə F.Allahverdiyev qeyd edib.“AzerTelecom” Azərbaycanın, ümumilikdə isə Cənubi Qafqaz regionunun ən iri telekommunikasiya operatorlarından biridir və ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” 2008-ci ildə təsis edilib və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. “AzerTelecom” hazırda Azərbaycanın sahib olduğu enerji və nəqliyyat mərkəzi statuslarına əlavə olaraq ölkənin regional rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir. Proqram Azərbaycanın Milli IT və Milli İnnovasiya strategiyası üçün mühüm təməl yaradır və rəqəmsallaşmanın sürətlənməsinə, rəqəmsal iqtisadiyyata çevik transformasiyaya, startapların, IT arxitekturasının inkişafına mühüm töhfə verəcək. Proqram ölkənin İKT sisteminin ən qabaqcıl dünya standartları səviyyəsinə çatdırılması, ölkənin beynəlxalq reytinqlərdə daha öncül sıralara çıxmasına şərait yaradacaq.xeber100.com

Sentyabr 11, 2019 10:54

“Buta Airways”in reysləri “Kiyev” aeroportuna həyata keçiriləcək

“Buta Airways”in bütün reysləri yenidən “Kiyev” (Julyanı) aeroportuna həyata keçiriləcək.Bu barədə Azərtac-a eksklüziv açıqlamasında AZAL-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Yaşar Əmirov deyib.O bildirib ki, sentyabrın 13-də Bakı-Kiyev istiqamətində uçan aviaşirkətinə məxsus təyyarə “Kiyev” aeroportuna eniş edəcək.Xatırladaq ki, uçuş zolaqlarının təmiri ilə əlaqədar sentyabrın 2-dən “Buta Airways”in bütün reysləri “Borispol” beynəlxalq hava limanına həyata keçirilirdi.Y.Əmirov, həmçinin əlavə edib ki, qarşıdan qış ayları gəldiyindən Bakı-Kiyev-Bakı istiqamətində aviareyslərin sayının artırılması nəzərdə tutulmur. Ancaq yaz aylarında bu məsələ yenidən müzakirəyə çıxarılacaq.Qeyd edək ki, “Buta Airways” həftənin çərşənbə axşamı, çərşənbə və cümə günləri Bakı-Kiyev-Bakı aviareysini həyata keçirir. Loukost aviaşirkət olaraq, “Buta Airways” aviareyslərdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətləri ödəniş müqabilində təklif edir.Üç ölçünün cəmi üzrə 110 santimetrdən artıq olmayan ölçüdə və çəki məhdudiyyəti tətbiq olunmayan əl yükünün daşınması 25 avro təşkil edir. Analoji qiymətə çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan ölçüdə qeydiyyatdan keçirilən baqajı daşımaq mümkündür. Saytda və ya kassada öncədən baqaj yeri üçün ödəniş edildikdə qiymət 20 avro təşkil edir.xeber100.com

Sentyabr 11, 2019 10:47