Cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimi pozulub

26 Fevral 2020 13:26

Xəbər 57 dəfə oxunub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara, Bala Cəfərli, Tovuz rayonunun Koxanəbi və Gədəbəy rayonunun Qaravəlilər kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Baş Qərvənd, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Kürdlər, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.xeber100.com