“Chessable Masters” yarışında dörddəbir final oyunları start götürəcək

25 İyun 2020 13:08

Xəbər 441 dəfə oxunub

İyunun 25-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkilatçılığı ilə keçirilən seriya turnirinin üçüncü mərhələsi — “Chessable Masters” yarışında dörddəbir final oyunları start götürəcək.Azərtac xəbər verir ki, yarışda M.Karlsen amerikalı Fabiano Karuana, rusiyalı şahmatçı Vladislav Artemiyev həmyerlisi Yan Nepomnyaşi, ABŞ-ın daha bir təmsilçisi Hikaru Nakamura çinli Liren Dinq, rusiyalı zəka ustası Aleksandr Qrişuk hollandiyalı Aniş Giri ilə görüşəcəklər.Qeyd edək ki, “Chessable Masters” turnirinin B qrupunda mübarizə aparan Azərbaycan şahmatçısı Teymur Rəcəbov yekun nəticəyə görə 4,5 xal toplayıb və beşinci yerdə qərarlaşıb. İlk dörd yeri tutan şahmatçılar isə dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.Turnirin mükafat fondu 150 min ABŞ dollarıdır.Xatırladaq ki, beş yarışdan ibarət seriya turnirinin birinci mərhələsi – “Magnus Carlsen Invitational” yarışının qalibi M.Karlsen olub. İkinci mərhələ – “Lindores Abbey Rapid Challange” turnirində isə rusiyalı şahmatçı Daniel Dubov qələbə qazanıb.Seriya çərçivəsində növbəti mərhələ – “Legends of Chess” iyulun 21-dən avqustun 5-dək təşkil ediləcək. Avqustun 9-dan 20-dək isə böyük final keçiriləcək.xeber100.com